Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) – ölkəmizin əmək və sosial münasibətlər sahəsində ixtisaslaşmış yeganə özəl ali təhsil müəssisəsidir. Akademiyanın əsası 1952-ci ildə “Kurslar bazası” adı ilə qoyulmuş, sonrakı dövrlərdə “Həmkarlar İttifaqları Kursu”, “Zona Tədris-Metodiki Mərkəz” kimi müxtəlif adlarla fəaliyyətini davam etdirmişdir. 2006-cı ildən etibarən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası özəl ali təhsil müəssiəsi olaraq fəaliyyətini davam etdirir.
Bu gün AƏSMA müasir əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı kadrların hazırlanmasını həyata keçirir. Akademiyada iki fakültə – “Maliyyə-İqtisad” və “Sosial iş” fakültələri fəaliyyət göstərir. Tədris prosesi 5 kafedra vasitəsilə təşkil olunur. Eyni zamanda, “Magistratura”, “Qiyabi, əlavə təhsil və əcnəbi tələbələrlə iş” şöbələri də fəaliyyət göstərir.
Bakalavriat səviyyəsində 6 ixtisas üzrə qəbul aparılır:
• Sosial iş
• Marketinq
• Dövlət və bələdiyyə idarəetməsi
• Maliyyə
• Mühasibat
• İqtisadiyyat
Magistratura səviyyəsində üzrə:
• Maliyyə
• Mühasibat uçotu və audit
• İqtisadiyyat
• Marketinq
• Sosial iş ixtisasları üzrə kadr hazırlığı aparılır.
Bununla yanaşı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının nəzdində fəaliyyət göstərən “İxtisasartırma və Kadrların İnkişafı Mərkəzi”ndə AHİK-in üzv və tabe təşkilatlarının əməkdaşları üçün müxtəlif istiqamətlərdə təlimlər həyata keçirilir. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası qarşıdakı illərdə fəaliyyət istiqamətlərini genişləndirməyi və tədris keyfiyyətini daha da artırmağı qarşıya məqsəd qoymuşdur. Qarşıda yeni ixtisasların açılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, rəqəmsallaşma və texnoloji innovasiyalar, sosial məsuliyyət və inklüzivlik istiqamətləri prioritet kimi müəyyən edilmişdir.
Ünvan: Bakı, Azadlıq prospekti, 181
Əlaqə nömrəsi: (+99412) 563 13 07
E-mail ünvanı: [email protected]