Sosial İş fakültəsi

Sosial iş fakültəsi 2019-cu il sentyabr ayından fəaliyyət göstərməsinə baxmayaraq “Sosial iş” ixtisası üzrə mütəxəssislər 2016-cı ildən etibarən hazırlanır. Fakültənin nəzdində “HİH və sosial fənlər” və “Humanitar fənlər” kafedraları fəaliyyət göstərir.

Fakültədə bakalavr və magistratura səviyyəsində tələbə qəbulu və tədrisin təşkili həyata keçirilir. Hal-hazırda fakültədə “Sosial iş” ixtisası üzrə bakalavr səviyyəsində 356 tələbə təhsil alır. 2024-cü ilə qədər 250 tələbə “Sosial iş” ixtisası üzrə məzun olmuşdur.

Sosial iş fakültəsinə dos.N.Y.Mikayılova rəhbərlik edir.

Əlaqə: (012 563 05 68)

[email protected]