Səbinə Ələddin qızı Mahmudova 1996-ci ildə Gürcüstan, Marneuli rayonunda anadan olmuşdur. 2014-cü ildə Binəqədi rayonu 3 saylı tam orta məktəbi bitirib, 2015-cü ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Dövlət və bələdiyyə idarəedilməsi” ixtisası üzrə təhsil almışdır.
2019-2021-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetinin “Biznes idarəçiliyi” fakültəsində magistr təhsil pilləsi üzrə təhsil almış və 2021-ci ildə “Elmi tədqiqatların maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək fərqlənmə diplomu ilə magistr elmi ixtisas dərəcəsi almışdır.
2019-2021-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “İqtisadiyyat və idarəetmə” kafedrasında laborant, 2021-ci ildən həmin akademiyanın “İqtisadiyyat və idarəetmə” kafedrasında tam ştat müəllim vəzifəsində çalışır.
8 Məqalə, Konfrans materialı və Tezis müəllifidir.
Elmi əsərləri:
1. Elmi-tədqiqatların təşkili və maliyyələşdirilməsinin nəzəri aspektləri- Əmək və Sosial Münasibətlər, Elmi-praktiki jurnal №2 (12) 2019, səh 135-140. Məqalə
2. Azərbaycanda elmi-tədqiqat işlərinin maliyyələşdirilməsinin müasir vəziyyəti və inkişaf istiqamətləri- Turizm və qonaqpərvərlik tədqiqatları beynəlxalq jurnal. İl 8,Say 4, 2019, səh 54-64. Məqalə
3. Ölkədə həyat səviyyəsinin yaxşılaşdırılmasında təhsilin rolu-“İdarəetmədə multikultural dəyərlər” mövzusunda beynəlxalq elmi konfrans. 25 noyabr 2020, səh 89-95. konfrans
4. Azərbaycanda elm sahəsinin inkişaf perspektivləri- Ulu öndər Heydər Əliyevin anadan olmasının 98ci ildönümünə həsr olunmuş “Pandemiyanın dünya ölkələrinin sosial –iqtisadi inkişafına təsiri problemləri” beynəlxalq elmi-praktiki konfrans. 31 may 2021, səh 126-129. Tezis
5. Elmi-tədqiqatların maliyyələşdirilməsi sahəsində beynəlxalq təcrübə- Əmək və Sosial Münasibətlər, Elmi-praktiki jurnal №2 (16) 2021, səh 111-118. Məqalə
6. Universitetlərin innovasiya fəaliyyətində informasiya sistemlərinin tətbiqi mexanizmləri - Əmək və Sosial Münasibətlər Akademiyası, Universititetlərin innovasiya fəaliyyətində informasiya sistemlərinin tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi,beynəlxalq elmi-praktiki konfrans. 05 may 2023, Konfrans
7. İqtisadi inkişafda gender amili: feminist iqtisadi yanaşmalar- Turizm və qonaqpərvərlik tədqiqatları beynəlxalq jurnal, 2024, Məqalə
8. Mechanisms for financing scientific research- «Сучасні тренди соціальноекономічних перетворень та інтелектуалізації суспільства в умовах сталого розвитку» (Збірник%20НУ%20Запорізька%20політехника%202023.pdf) Konference, pp. 24-29