18 sentyabr 2024-cü il tarixində 5 günlük kursların dinləyicilrinin diqqət mərkəzində Azərbaycan həmkarlar ittifaqlarının strukturu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Həmkarlar İttifaqı Respublika Komitəsinin funksiyaları və ən əsası həmkarlar ittifaqı təşkilatının rolu və istiqamətlərinin fəaliyyəti olmuşdur.
Çıxış edənlər Hökümə Əkbərova-Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının-baş mühasibi, Sahil Aslanov- – AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Aparatının Pensiya təminatı departamentinin “Qanunvericilik məsələləri” şöbəsinin müdiri Cəmaləddin İsmayılov- “ Xidmət-iş “ Hİ Federasiyasının vitse-prezidenti hər biri mövzunun əsas aspektlərini açıqladı, sualları peşəkarcasına və əsaslı şəkildə cavablandırdı. Təlimçilər dinləyicilərin diqqətini bu mühüm təşkilati və sosial problemlərin həyata keçirilməsində həmkarlar ittifaqı təşkilatlarının roluna yönəldiblər.