16.09.2024-cü il tarixdə 2024/2025-ci tədris ilində Akademiyaya qəbul olan I tədris ili bakalavr tələbələri və onların valideynləri ilə görüş keçirildi. Akademiyanın rektoru professor Hüseyn Qaraşov görüşü açaraq, tələbə adını qazanmış gəncləri təbrik etdi, onlara bu təhsil ocağının tarixi haqqında məlumat verdi. Valideynlərin və tələbələrin maraqlandığı suallar cavablandırıldı. Görüşün sonunda tələbələr fakültələr və kafedralar ilə tanış oldular.