Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası “Sosial iş” fakültəsinə dekan vəzifəsini tutmaq üçün müsabiqə elan edir.

Dekan vəzifəsi üçün müsabiqədə iştirak etmək istəyənlərin fakültənin profilinə uyğun ən azı 5 il elmi-pedaqoji təcrübəsi və peşə-ixtisas hazırlığı, elmi ad və elmi dərəcəsi olmalıdır. Sənədlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 5/5 saylı qərarı ilə təsdiqlənmiş qaydalara əsasən elan dərc olunandan bir ay müddətinədək Akademiyaya təqdim edilməlidir.

 

Telefonlar:  563-13-07, 563-15-40.

E-mail ünvanı: [email protected]

Ünvan: AZ 1130, Bakı şəhəri, Azadlıq prospekti 181.