Bu gün 5 günlük kursun dinləyiciləri həmkarlar ittifaqlarının təşkilati işinin əsasları, liderinin və komandaların formalaşması, sosial layihələrin işlənib hazırlanması mexanizmi ilə bağlı mövzuları dinləyiblər. Təlim praktiki tapşırıqları yerinə yetirilməsi, situasiyaların həll edilməsi şəklində keçirilmişdi.
Layihələrin, o cümlədən sosial layihələrin hazırlanması problemi dinləyicilərin xüsusi marağına səbəb olub. Təlim zamanı dinləyicilər bəzi layihələrdə iştirak təcrübələrini bölüşüb və öz təkliflərini bildiriblər. Məsələ, liderlik problemi mövzusunda keçirilən məşğələdə kurs iştirakçıları “Həmkarlar İttifaqının bugünkü lideri” mövzusunda öz layihələrini təqdim etdilər, layihələrin müzakirəsi çox fəal keçdi, çıxış edənlərin hər biri bugünkü həmkarlar ittifaqı liderinin portreti ilə bağlı fikirlərini təqdim etdi.