2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bağlı “Tədbirlər Planı”nın icrası ilə əlaqədar olaraq “Riyaziyyat və informasiya texnologiyaları” kafedrasının 2024-cü ildə keçirəcəyi tədbirlər sırasında nəzərdə tutulan - “İKT və yaşıl dünya” mövzusunda Tələbə Elmi-Praktiki konfransı 30.04.2024-cü il tarixində keçirilmişdir. Konfransda ilkin olaraq Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra “Riyaziyyat və informasiya texnlogiyası” kafedrasının müdiri, dos. N.Ə.Umarova tədbir barəsində iştirakçılara məlumat verdi və sözü AƏSMA-nın “Tədris və elmi işlər” üzrə prorektoru, prof. F. F.Möhbalıyevə verdi. prof. F. F.Möhbalıyev öz çıxışında müasir cəmiyyətdə yaşıl dünyanın, ekologiyanın necə müsbət rol oynamasından danışdı. Konfransda tələbələrimizdən - Mehdiquliyev Rauf (qrup 603), Həsənzadə Pünhan (Qrup 509), Əliyev Əli (qrup 603), Əlizadə Zeynəb (qrup 422), Əliyeva Fatimə (Qrup 137), Abdullayev Zəka (Qrup 509), Nəsirova Dinarə (Qrup 137), Şirinova Lalə (Qrup 136) mövzularını maraqlı vodeo-çarxlarla təqdim edti. Tələbələrin təqdimatından sonra konfrans mövzusuna uyğun olaraq kafedranın müəllimi Y.Ə.Ələkbərov çıxış etdi. Y.İ.Ələkbərovun çıxışından sonra Maliyyə-İqtisad fakultəsinini dekanı dos. Nurəngiz Mikaylova konfransın maraqlı təşkilinə görə “Riyaziyyat və İT” kafedrasına öz təşəkkürünü bildirərək, qeyd etdi ki, hazırki ekoloji böhranı nəzərə alaraq bu yönümlü tədbirlərin sayını artırmaq lazımdır.