AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda AMEA Rəyasət heyətinin, Humanitar və İctimai Elmlər Bölmələrinin və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanın tanınmış şair-filosofu Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Bir sıra Şərq ölkələrindən gəlmiş qonaqların da qatıldığı konfransda 100-dən çox maraqlı çıxışlar olmuşdur. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi f.f.d., dosent Zeynəddin Şabanov ““Etiqada giriş”də Füzuli dühasının mərifətləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi dahi şairin elmi-fəlsəfi və dini dünyagörüşü, insanın yaradılışı və sonu, elm və bilik, biliyin növləri, ilk yaradılış, ruhun ölməzliyi, dünya fəlsəfi irsinə münasibəti haqqında fikirlərini təhlil etmiş, maraqlı cəhətlərə toxunmuşdur. Çıxışlardan sonra geniş müzakirələr olmuş, fərqli fikirlər söylənilmiş, çap olunmuş tezislərin və serifikatların təqdim olunması ilə konfrans öz işini başa çatdırmışdır.