Mərkəzin Sosial pedaqoji inkişaf və psixoloji dəstək departamentinin əməkdaşları tərəfindən Akademiyanın sosial iş ixtisası üzrə təhsil alan bir qrup tələbəsinə təlimlər keçirilir. Təlimlər həssas əhali qrupundan olan şəxslərin üzləşdiyi çətinliklərin müəyyənləşdirilməsi, həlli istiqamətində düzgün strategiyaların qurulması, həmin şəxslərlə psixo-sosial işin təşkili prosesi ilə bağlı tələbələrin maarifləndirilməsi məqsədi daşıyır.