Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə Ege Universiteti arasında bağlanmış müqaviləyə əsasən müəllim mübadiləsi həyata keçirilir. Mübadilə çərçivəsində Akademiyamıza Türk Dünyası Araşdırmaları İnstitutunun Sosial İqtisadiyyat və Siyasi Əlaqələr şöbəsinin müəllimi dosent Fatih Sansar gəlmiş və “XX əsrin başlanğıcında Türkiyə və Türk Dünyasında yeniləşmə arayışları” və “Milli Mübarizədə Türkiyə Azərbaycan münasibətləri” mövzularda tələbələrə mühazirə demişdir.
Qeyd edək ki, Fatih Sansar noyabr ayı boyunca hər həftənin 5-ci günü tələbələrə mühazirə keçməyə davam edəcək.