Tələbə Həmkarlar İttifaqı Təşkilatı

     Azərbaycan Əmək və sosial Münasibətlər Akademiyasının Həmkarlar İtti­faq­ı Təşkilatı 2006-cı ildə yaradılmışdır. Təşkilat öz ətrafına bütün əməkdaşları top­la­maqla yanaşı tələbələri də cəlb edə bilmişdir. Akademiyada bütün münasibətlər “Kollektiv müqavilə” vasitəsilə tənzim­lə­nir. Rəhbərliklə əmək kollektivini təmsil edən Həmkarlar İttifaqı Təşkilatının sədri ara­sında imzalanmış “Kollektiv müqavilə” Azərbaycan Respublikasının Əmək Mə­cəlləsinə, “Həmkarlar ittifaqı haqqında” Azərbaycan Respublikasının Qa­nu­nu­na, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Təhsil İşçiləri azad HİRK ara­sın­da bağlanmış “Kollektiv saziş”ə istinad edilmiş və əmək, sosial-iqtisadi, məi­şət və di­gər münasibətləri qorumaq şərti ilə bağlanmışdır. Həmkarlar İttifaqı Təş­kilatı işçi­lərin iş vaxtlarını sağlam şəraitdə keçirməsinə, istirahət günlərinin və mə­zu­niy­yət­lərinin vaxtında verilməsinə nəzarət edir. İşçilərin və tələbələrin mədəni isti­ra­hə­tini təşkil edir. Həmkarlar İttifaqı Təşkilatı gənclərə dəstək olmaqla onlarda elmə, təhsilə olan marağı daha da artırmağa çalışır.