Gender Araşdırmaları Mərkəzi

Gender araşdırmaları ilə əlaqədar müvafiq məsələlərin həlli istiqamətində dövlət orqanları, qeyri hökumət təşkilatları, elmi tədqiqat mərkəzləri, təhsil müəssisələri ilə - görüşlərin, müzakirələrin və elmi-tədqiqat xarakterli tədbirlərin keçirilməsı və həmçinin qəbul olunmuş qərarlar, qanunlar, sərəncamlar və digər normativ-hüquqi sənədlərlə bağlı gender sahəsində qarşılıqlı şəkildə və ya sərbəst olaraq AƏSMA-da bu yönümlü tədbirlərin təşkili. Qeyri hökumət təşkilatlarının və Həmkarlar İttifaqlarının fəaliyyətində gender bərabərliyinin təminatları ilə əlaqədar seminarların təşkili.

Mərkəzin fəaliyyət planı:

  1. “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi ilə birlikdə maarifləndirici təlim keçirilməsi.
  2. Gender əsaslı zorakılıq və Cender bərabərsizliyinin psixoloji təsirləri mövzusunda müzakirələrin aparılması.
  3. AƏSMA-da tələbələrin iştirakı ilə “Gender bərabərliyi”mövzusunda Elmi-Praktiki Konfransın keçirilməsi
  4. Gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərinin izahı ilə əlaqədar söhbətlərin təşkili. Əmək qanunvericiliyində “Gender bərabərliyi ilə bağlı hüquqlar” mövzusu üzrə dəyirmi masa ətrafında müzakirələrin aparılması. Gender bərabərliyinin təmin edilməsində dövlətin, işə götürənin vəzifələrinə həsr olunmuş maarifləndirici tədbirin təşkili. Əməyin ödənilməsində bərabərlik, əmək müqaviləsi ilə əlaqədar izahın verilməsi istiqamətində və təhsildə bərabər imkanlar, iqtisadi və sosial münasibətlərdə Gender bərabərliyinin təminatları ilə dəyirmi masa ətrafında müzakirələr aparmaq.
  5. “Gender bərabərliyi: - Qadın və Sosial Problemlər” mövzusunda müzakirələrin təşkili.