Akademiyada elmi təqdiqat

     Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması “Ali təhsil müəssisələrində elmi-tədqiqat işlə­ri­nin təşkili və planlaşdırılması haqqında” Əsasnaməyə əsasən həyata keçirilir və Aka­de­miya öz elmi fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qa­nun­larını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Milli Məclisin qərarlarını, Nazirlər Kabinetinin qərar, sərəncam və göstərişlərini, Azər­bay­can Respublikası Elm və Təhsil Nazirliyinin qərar, əmr və sərəncamlarını rəhbər tutur.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası elmi-tədqiqat işləri­nin cari və perspektiv planlaşdırmasını sərbəst həyata keçirir. Hər 5 il üzrə üçün Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­ya­sında sahələr üzrə mü­əy­yən olunmuş istiqamətlərdə elmi-tədqiqat işi ye­ri­nə yetirilmişdir. Bu elmi-tədqiqat işlərinin elmi nəticələri ümu­­miləşdirilərək Azər­bay­can Respublikası Elm və Təhsil Nazirliyinə göndərilmişdir.