“Əmək və Sosial Münasibətlər” jurnalı

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Əmək və sosial münasibətlər” adlı elmi­-praktiki jurnalı ildə üç dəfə dərc edilir. Jurnal Əmək və sosial problemləri anlamaq və iş həyatına əsaslanan həll yollarını inkişaf etdirmək məqsədi ilə çap edilən jurnal nəzəri və praktiki akademik müzakirələr üçün elmi araşdırmaları əks etdirən elmi-məqalələri dərc etməyi hədəfləyir. Açıq-girişli jurnaldır. İldə 3 dəfə dərc edilir.

Azərbaycan, rus, türk və ingilis dillərində orijinal, yüksək keyfiyyətli elmi məqalələri qəbul edir. Jurnalda çap edilən məqalələr, konfrans materialları və tezis topluları Rəqəmsal Obyekt İdentifikator (DOI) kodu ilə təmin edilir


Məqalə Təqdimatı

Məqalə faylı aşağıda qeyd olunan tələblərə uyğun hazırlanmalıdır:

· Elmi məqaləni işləyən bütün ortaq müəlliflərin adları və çalışdıqları əsas iş yerləri qeyd olunmalıdır,

· Təlimata uyğun olaraq,məqalə geniş bölmələr şəklində hazırlanmalıdır ( xülasə, giriş, metodika, nəticə),

· Öncədən çap olunmuş elmi əsərlərə uyğun ədəbiyyat hazırlanmalıdır.


Əgər ki, elmi məqalənin təqdim olunmasında müəlliflər arasında qarşılıqlı razılaşma varsa, yazılı olaraq razılıq məktubu təqdim edilməlidir. Elektron məktub vasitəsilə də

razılıq bildirilə bilər.Məqalələr PDF, Word və ya TeX/LaTeX formatlarında qəbul olunur; əgər ki, TeX/LaTeX formatından istifadə edirsinizsə, məqaləni ikin rəy prosesinə qəbuletmək üçün PDF formatında göndərməyinizi xahiş edirik.


Məqalənin hazırlanması

Məqalə strukturu: Məqalə giriş, ədəbiyyat araşdırması, araşdırma metodologiyası, nəticə/ müzakirədən və referens siyahısından ibarət olmalıdır.


Dil. Mümkün ola biləcək qədər qrammatik səhvlərin olmaması, məqalənizin daha oxunaqlı və tam anlaşıla bilinməsi üçün göndərməmişdən öncə dil mütəxəssisinə oxutdurun.


Başlıq səhifəsi: Başlıq səhifəsi ayrı olaraq göndərilməlidir. Adınızı tam yazın (adınız, atanızın adı, soyadınız). Məqalə müəlliflərinin hər birinin çalışdıqları iş yeri və poçt ünvanları tam şəkildə göstərilməlidir. Zəhmət olmasa aparıcı müəllifin adını (*) ulduz işarəsi ilə işarələyin və email ünvanını qeyd edin.


Xülasə: Bütün məqalələr üçün 250-300 sözdən ibarət xülasə hazırlanmalıdır.

Açar sözlər:Açar sözlər məqalənin tam mahiyyətini əks etdirməlidir. Açar sözlər 5 sözdən artıq olmamalıdır.


Məqalə fontu və məsafə: Zəhmət olmasa məqaləni hazırlayarkən Times New Roman 12pt ölçüsündən istifadə edin. Bütün məqalələr (orjinal elmi məqalələr, kitab rəyləri, araşdırma bildirişləri və tezis xülasələləri) ikili-məsafə ilə (ədəbiyyat siyahısı da daxil olmaqla) hazırlanmalıdır.


Məqalənin ölçüsü: Redaksiya heyəti təqdim edilən məqalələrin xülasə və ədəbiyyat siyahısı da daxil olmaqla 5000 sözdən artıq olmamasını tələb edir.Giriş və nəticə bölmələrinin olması məcburidir.


Sitatlar: Sitat sözlər, cümlələr cüt dırnaq işarəsi ilə, təkliflər və annotasiyalar isə tək dırnaq işarəsi ilə işarələnməlidir.


Cədvəl və şəkil: Bütün cədvəl və şəkillər mətnə uyğun olduqca yaxın şəkildə yerləşdirilməlidir. Şəkillərə aid yazılar yazılmalı və rəqəmlərlə işarələnməlidir.(məsələn, Cədvəl 1, Şəkil 1) Şəkilin ölçüsü 300 dpi və ya daha yüksək ola bilər. Cədvəl başlığı, cədvəlin üst hissəsinə yazılmalı, şəkilə aid yazı isə aşağı hissəsinə yazılmalıdır. Cədvəllər və şəkillər mətnə daxil edilmədən ayrı fayllarda təqdim edilməlidir. Əgər ki, cədvəl və şəkillər başqa bir qaynaqdan götürülmüşdürsə, zəhmət olmasa mənbəni mütləq qeyd edin.


Qaynaqlar və istinadlar: Məqalənin formatı paraqrafların başlanğıcında yazmamaq şərti ilə, 11 ölçü, Times New Roman şrifti, ikili-məsafə ilə hazırlanmalıdır. MLA Referens formatında yazılmalıdır.Ədəbiyyat siyahısındakı qaynaqlar və istinadlar əlifba sırası ilə ya da xronoloji olaraq hazırlanmalıdır.

Müəlliflər hər nömrədə bir məqalə çap etdirmə hüququna malikdirlər, onların müəllif hüquqları qorunur.

Müəllif məqaləni Redaksiya heyəti tərəfindən müəyyənləşdirilmiş beynəlxalq qaydalara uyğun şəkildə tərtib edərək, [email protected] ünvanına göndərə bilər.


Əlaqə məlumatları:

☎ +994 (10)-236-50-98

✉︎ [email protected]

📍︎ Azadlıq pr. 181, Bakı