Həmkarlar ittifaqları kadr və fəallarının ixtisasartırma və yenidən hazırlanması şöbəsi

Həmkarlar ittifaqı kadr və fəallarının ixtisasartırma və yenidən hazırlanma şöbəsi Akademiyanın struktur bölməsidir.

Həmkarlar ittifaqları kadrları və fəallarının ixtisasartırma və yenidən hazırlanması şöbəsinin fəaliyyətinin əsas istiqamətləri

Həmkarlar ittifaqları kadrları və fəallarının ixtisasartırma və yenidən hazırlanması şöbəsi Respublikanın həmkarlar ittifaqları fəalları üçün kursların, seminarların və treninqlərin təşkilini həyata keçirir. Şöbənin əsas məqsədi bazar iqtisadiyyatı şəraitində əmək insanlarının maraqlarını müdafiə etməyi bacaran həmkarlar ittifaqı liderləri və mütəxəssislərini hazırlamaqdan ibarətdir.

Həmkarlar ittifaqı təhsili qarşısında duran əsas vəzifələr aşağıdakılardır:

- həmkarlar ittifaqı liderləri və mütəxəssislərinə həmkarlar ittifaqı hərəkatının nəzəriyyə və praktikası, konfliktologiya, psixologiya, menecment, iqtisadiyyat, hüquq, sosiologiya və digər sahələrdə müxtəlif biliklərə və vərdişlərə yiyələnməyi təmin etmək;

- bazar münasibətləri şəraitində işləmək üçün lazım olan bütün keyfiyyətlərə malik olan və tədricən peşəkarlığını artırmağa, təkmilləşməyə cəhd edən həmkarlar ittifaqı liderini formalaşdırmaq.

Tədris planı aşağıdakı kateqoriya həmkarlar ittifaqı işçiləri üçün hazırlanır və ixtisaslar artırılır :

- müəssisə və təşkilatların həm ştat üzrə, həm də ictimai əsaslarla işləyən sədr və sədr müavinləri;

- Respublika Komitəsi aparatının mütəxəssisləri;

- Həmkarlar ittifaqı şəhər və rayon komitələrinin rəhbərləri;

- ali məktəblərin tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri;

- təftiş komissiyasının sədrləri, mühasiblər, xəzinədarlar;

- həmkarlar ittifaqı işinin bütün istiqamətləri üzrə sədrlər, həmkarlar ittifaqı fəalları və s.