Ümumi şöbə

Ümumi şöbə Kargüzarlıq haqqında Qanunun, Ali məktəb haqqında Əsasnamənin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının kargüzarlıq haqqında Qaydalarının əsasında fəaliyyət göstərir.

Şöbənin əsas funksiyası Akademiyada kargüzarlıq işini fasiləsiz, dəqiq və vaxtında təşkil etməkdir. Ümumi şöbə daxil olan sənədlərin kargüzarlıq qanununa uyğun tərtibatına nəzarət edir, qeydiyyata salır və rəhbərliyin dərkənarından sonra aidiyyatı strukturlara yönləndirir. Göndərilən məktubların standartlara uyğun yazılmasına, rəhbərliyin imzasından sonra qeydiyyata salıb poçt, email və ya kuryer vasitəsilə ünvana çatdırılmasını təmin edir. Akademiyadaxili əmrlərin yazılması, təsdiq edilməsi üçün rektora təqdim edilməsi və qeydiyyata alandan sonra fakültə və struktur bölmələrə paylanması işini təşkil edir.

Şöbədə Kadrlar üzrə mütəxəssis fəaliyyət göstərir. Mütəxəssis kadrların professor-müəllim, inzibati və təsərrüfat heyətinin fəaliyyətinin mövcud qanunvericiliyə uyğun təşkil edilməsinə nəzarət edir.

Ümumi şöbə dövriyyəsi bitmiş sənədlərin akademiyanın struktur bölmələrindən qəbul edilməsi, ekspertizasının aparılması, saxlanması, müvafiq qanunvericilikdə nəzərdə tutulmuş saxlanma müddəti bitmiş sənədlərin ləğvi prosesini təşkil edir.

Kargüzarlığın bütün fəaliyyət sahələrində Akademiyada metodiki rəhbərliyi həyata keçirir, kargüzarlıq işini aparan işçiləri təlimatlandırır.

Ümumi şöbəyə Akademiyanın rektoruna bilavasitə tabe olan şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbənin işini tənzimləyir və şöbənin fəaliyyətinə rəhbərlik edir.

Şöbəyə fil.ü.f.d. Elnarə Məmmədova rəhbərlik edir.