Maliyyə-İqtisad fakültəsi

Maliyyə fakültəsi 2006-ci ildə yaradılıb. Maliyyə fakültəsində “Maliyyə - kredit” və “Mühasibat uçotu və audit” ixtisası üzrə tələbə qəbulu aparılıb. Fakültənin nəzdində “Maliyyə və mühasibat uçotu” və “Ümumi riyaziyyat və təbiət elmləri fənləri” kafedraları fəaliyyət göstərmişdir. Fakültəyə rəhbərliyi dos. Şirinov Süleyman Məlik oğlu, İbrahimov Azər Vəzir oğlu, dos. Əliyev Əsgər İmaməli oğlu həyata keçiriblər.

İqtisadiyyat fakültəsi 2006-cı ildə yaradılıb. Fakültədə “Əməyin iqtisadiyyatı və sosiologiyası”, “İqtisadiyyatın hüquqi tənzimlənməsi”, “İqtisadiyyat”, “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasları üzrə tələbə qəbulu aparılıb. Fakültənin nəzdində “Ümumi iqtisadiyyat” və “Ümumi humanitar və sosial fənlər” kafedraları fəaliyyət göstərmişdir. Fakültəyə rəhbərliyi Hacıyev Kamal Fərəc oğlu, Mirzəyeva Hicran Əmirxan qızı, dos. Əliyev Əsgər İmaməli oğlu həyata keçiriblər.

2019-cu ildə Maliyyə və İqtisadiyyat fakültələri birləşdirilərək Maliyyə - İqtisad fakültəsi adlandırılmışdır. Hazırda fakültədə 5 ixtisas üzrə - “Maliyyə”, “Mühasibat”, “Marketinq”, “Dövlət və bələdiyyə idarəetməsi”, “İqtisadiyyat” ixtisasları üzrə tələbə hazırlığı həyata keçirilir. Fakültədə 3 kafedra “İqtisadiyyat və idarəetmə”, “Maliyyə və mühasibat uçotu”, “Riyaziyyat və informasiya texnologiyaları” kafedraları fəaliyyət göstərir. Fakültəyə rəhbərliyi i.ü.f.d.,dos. Nurəngiz Yanvar qızı Mikayılova həyata keçirib. Hal-hazırda həmin vəzifədə i.f.d., dos. Lalə Fəqail qızı Mahmudova çalışır. Ümumilikdə fakültədə 26 əməkdaş çalışır, bunlardan 1 professor, 8 dosent, 4 fəlsəfə doktorudur.

Fakültədə 3 kafedra, 2 mərkəz, 1 laboratoriya fəaliyyət göstərir:

İqtisadiyyat və iadrəetmə kafedrası

Maliyyə və mühasibat uçotu kafedrası

Riyaziyyat və informasiya kommunikasiyaları kafedrası

İqtisadi Araşdırmaları Mərkəzi

Gender Araşdırmaları Mərkəzi

Maliyyə uçotu laboratoriyası