logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

08.04.2022 tarixində “ŞUŞA İLİ”nə həsr olunmuş Tələbə elmi-praktiki konfrans


image small

     Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Riyaziyyat və İnformasiya texnologiyaları” kafedrasının təşkilatçılığı ilə  08.04.2022 tarixində “ŞUŞA İLİ”nə həsr olunmuş  “Cəmiyyətdə innovativ texnologiyalar” mövzusunda 1-ci Tələbə elmi-praktiki konfransı keçirilmişdir. Konfrans şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Giriş nitqi ilə çıxış edən “Maliyyə-İqtisad” fakültəsinin dekanı dos. Hicran Mirzəyeva cəmiyyətdə innovativ texnologiyaların əhəmiyyətindən danışaraq, Qarabağın işğaldan azad edilməsində texnologiyaların rolunu xüsusi qeyd etdi və konfransın işinə uğurlar arzuladı. Konfransda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının bakalavriat səviyyəsindən olan tələbələr maraqlı mövzularla çıxış etmişdirlər. “Riyaziyyat və İnformasiya texnologiyaları” kafedrasının müdiri tex.ü.f.d. Niyar Umarova çıxış edərək, konfransın baş tutmasına görə tələbələrə, kafedranın müəllimlərinə və Akademiyanın rəhbərliyinə öz minnətdarlığını bildirdi. Konfrans “İnnovasiya və kariyera” şöbəsinin müdiri Hikmət Mirzəyevin moderatorluğu ilə baş tutdu. Sonda konfransda aktiv iştirakına görə tələbələrə sertifikat verildi.

08.04.2022  [ 12:21 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.