AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

“Əmək müqaviləsinin bağlanması, Əmək şəraitinin şərtləri” mövzusunda seminar


image small

     12.04.22-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Əmək məsələləri üzrə ekspert Nihad Əliyevin “Əmək müqaviləsinin bağlanması, Əmək şəraitinin şərtləri” mövzusunda seminar keçirilmişdir.

Seminarda Nihad Əliyev əmək münasibətləri ilə bağlı aktual və praktiki mövzulardan bəhs edib. Ekspert əmək münasibətlərində təcrübədə yaranan ziddiyyətli məqamları dinləyicilərə çatdırmışdır. Eyni zamanda əmək müqaviləsinin bağlanması, əmək şəraitinin şərtlərinin müəyyən edilməsi, onlara hansı dəyişikliklərin edilməsi, işçilərin iş və istirahət vaxtlarının müəyyən edilməsi, əmək müqaviləsinə xitam verilməsi qaydaları tələbələrin diqqətinə çatdırılmışdır. Tələbələrlə dialoq əsasında qurulan seminarda ekspert əmək müqaviləsi ilə çalışan hər bir şəxsin əmək hüquqlarını və vəzifələrini mütləq bilməli olduğunu vurğulayıb.

Nihad Əliyev tələbələri maraqlandıran sualları cavablandırmış, sonda xatirə şəkli çəkilmişdir.

12.04.2022  [ 12:31 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.