“Ali Təhsildə Keyfiyyət Təminatı” mövzusunda Beynəlxalq Forumun ikinci günü
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə “Ali Təhsildə Keyfiyyət Təminatı” mövzusunda Beynəlxalq Forumun ikinci günündə paralel üç vorkşop üzrə müzakirələr aparıldı. I vorkşop Daxili Keyfiyyət Təminatı sistemlərinin təkmilləşdirilməsi ehtiyaclarının müəyyən edilməsi, II vorkşop ali təhsildə keyfiyyətin və məşğulluğun artırılması, III vorkşop isə ənənəvi təhsil metodundan müasir PBL və SCL yanaşmaları metoduna doğru addımlar mövzularında təşkil olunmuşdu.
İnnovasiya və Karyera şöbəsinin müdiri Hikmət Mirzəyev, Keyfiyyətin Təminatı və Monitorinq şöbəsinin müdiri Pərvin Məmmədova və Maliyyə-İqtisad fakültəsinin tyutoru, müəllim Aytən Ağayeva Akademiyanı keçirilən Beynəlxalq Forumda təmsil ediblər.