AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Zəngin müsəlman sivilizasiyasının nailiyyətləri" mövzusunda Fakültə Tələbə elmi-praktiki konfransı


image small

     13.05.2022 tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Maliyyə-İqtisad" fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Zəngin müsəlman sivilizasiyasının nailiyyətləri" mövzusunda Fakültə Tələbə elmi-praktiki konfransı keçirilmişdir.

Konfrans Heydər Əliyevin həyat və yaradıcılığına dair video-çarx ilə başladı. Giriş nitqi ilə çıxış edən “Tədris və elmi işlər üzrə” prorektor, professor Fərhad Mehbalıyev Ulu öndər Heydər Əliyev haqqında ətraflı məlumat verərək, konfransın işində uğurlar arzuladı. Konfransda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının bakalavriat səviyyəsində olan tələbələr maraqlı mövzularla çıxış etdilər. Sonda “Maliyyə və mühasibat uçotu" kafedrasının müdiri, fakültə TEC sədri dosent Nurəngiz Mikayılova çıxış edərək, konfransın baş tutmasına görə Akademiyanın rəhbərliyinə, tələbələrə, fakültənin müəllimlərinə, xüsusilə, i.f.d. Amal Həsənova öz minnətdarlığını bildirdi. Konfrans “İnnovasiya və kariyera” şöbəsinin müdiri Hikmət Mirzəyevin moderatorluğu ilə baş tutdu. Sonda konfransda iştirakına görə tələbələr sertifikatlarla təltif edildilər.

13.05.2022  [ 16:32 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.