12-13 may tarixlərində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası "Maliyyə-iqtisad" fakültəsinin dekanı Hicran Mirzəyeva, "Maliyyə və mühasibat uçotu" kafedrasının müdiri Nurəngiz Mikayılova və "İqtisadiyyat və idarəetmə" kafedrasının müəllimi Lalə Cabbarlı Türkiyənin Manisa Celal Bayar Universitetində təşkil edilmiş “Beynəlxalq Qadın Araşdırmaları Simpoziumu” nda iştirak etmişdir. İki gün davam edən simpozium maraqlı məruzələr və Manisa şəhərinin tarixi məkanlarının gəzintisi ilə yadda qalıb.