logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

İnvest-Az İnvestisiya Şirkətinin təşkilatçılığı ilə “Kriptovalyutalara investisiya imkanları” mövzusunda elmi seminar


image small

     17.05.2022-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Şuşa ili”nə həsr olunmuş “Maliyyə iqtisad” fakültəsinin və İnvest-Az İnvestisiya Şirkətinin təşkilatçılığı ilə “Kriptovalyutalara investisiya imkanları” mövzusunda elmi seminar keçirilmişdir. Tədris və elmi işlər üzrə prorektor prof. Fərhad Möhbalıyev seminarda müzakirə edilən mövzunun aktuallığını vurğulayaraq tədbirin işinə uğurlar arzuladı. “İnvest-Az İnvestisiya Şirkəti”nin QSC-nin Tədris və analitika departamentinin baş mütəxəssisi i.ü.f.d. Rövşən Məmmədov kriptovalyutalara investisiya imkanlarından, onun üstün cəhətləri və baş verə biləcək mənfi nəticələrindən danışdı. Seminarda diskusiya üstünlük təşkil etdi və tələbələr onları maraqlandıran çoxsaylı suallara cavab tapa bildilər.

17.05.2022  [ 16:43 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.