logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) tərəfindən həyata keçirilən “Gender yönümlü və çoxtərəfli əməkdaşlq vasitəsilə davamlı inkişaf yolunda qadınların potensialnın gücləndirilməsi və iqtisadi səlahiyyətləndirilməsi” layihə


image small

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası HİH və sosial fənlər kafedrasının müdiri, Gender Araşdırmaları Mərkəzinin rəhbəri f.f.d., dosent Zeynəddin Şabanov BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması üzrə Qurumu (UN WOMEN) və BMT Əhali Fondu (UNFPA) tərəfindən icra olunan, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Avropa İttifaqı Gender Bərabərliyi Naminə: Birlikdə Gender Stereotiplərinə və Gender Əsaslı Zorakılığa Qarşı” proqramı çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) tərəfindən həyata keçirilən “Gender yönümlü və çoxtərəfli əməkdaşlq vasitəsilə davamlı inkişaf yolunda qadınların potensialnın güc-ləndirilməsi və iqtisadi səlahiyyətləndirilməsi” layihəsində Quba rayonundan olan kiçik və orta sahibkarların nümayəndələri üçün “Gender məlumatlılığı və həssaslığı” üzrə təlim keçmişdir. Təlim zamanı benefisiarlara təlimin məqsədi barədə ətraflı məlumat verilmiş, cəmiyyətdə gender bərabərliyinin vacibliyindən və gender mədəniyyətindən danışılmış, gender üzrə yerli və beynəlxalq qanunvericilik təhlil edilmiş, gender stereotiplərinin aradan qaldırılması yolları müzakirə olunmuş, sahibkarlıqda liderlik və ünsiyyət bacarıqlarının təkmilləşdiriməsinə diqqət yönəldilmiş, dinləyicilər ictimai həyat sahələrində gender statistikası ilə tanış ol-muşlar. Təlim zamanı müxtəlif rol oyunları və interaktiv metodlardan istifadə olunmuşdur. Sonda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

23.05.2022  [ 12:21 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.