logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Təhsildə fərqli öyrətmə modelləri və psixoloji yönlər” mözusunda konfrans


image small

     Təhsilin keyfiyyətinin artırmasında tələbələrə fərdi yanaşmanın olması vacibdir. Tələbələrin dərsdən yayınma, intizamsızlıq, antisosial davranışına qarşı profilaktik tədbirlər görmək, tələbə heyətinin hər bir üzvünə psixoloji məsləhətlər vermək, tələbələrə öz şəxsiyyətini və intellektini inkişaf etdirmək üçün psixoloji metod və vasitələr öyrətmək hər bir təhsil işçisinin vəzifəsidir.

     Təhsildə yeni psixoloji metod və yanaşmaları öyrənmək məqsədilə Akademiyanın Keyfiyyətin Təminatı və Monitorinq şöbəsinin müdiri, müəllim Pərvin Məmmədova, Maliyyə-İqtisad Fakültəsinin tyutoru, müəllim Aytən Ağayeva və HİH və Sosial fənlər kafedrasının müəllimi Gunay Ağayeva 22 may tarixində “Təhsildə fərqli öyrətmə modelləri və psixoloji yönlər” mözusunda keçirilən konfransda iştirak etdilər. Konfranda Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun “Yaş və inkişaf psixologiya Şöbəsi”nin kiçik elmi işçisi Narınc Rüstəmova “Montessori fəlsəfəsi ilə Fin təhsil sistemində uğurlu və xoşbəxt şagird yetişdirmək”, Türkiyənin Ağrı İbrahim Çeçen Universitetinin Təhsil fakültəsinin müəllimi prof. Murat Gökalp “Gökalp Modeli İşbirlikli Öyrənmə” və “Sinif daxili oyunla öyrənmə”, Türkiyə İşık Universitetinin müəllimi, Türkiyə Educon CENTER və KKTC Educon mərkəzinin qurucusu və direktoru Marziye İlhan “Hekayə əsaslı öyrənmə yanaşması”, ADİU Karyera planlaması kafedrasının müəllimi, Karyera İnkişaf Mərkəzinin rəhbəri, Beynəlxalq Kouçlar Federasiyası (İCF) tərəfindən akkreditasiya olunmuş peşəkar Kouç Sənən Həsənov “Kouçluq əsaslı öyrətmə modelləri” və pedaqoq Günel Məmmədova “Feyman texnikası. Öyrənməyi öyrənmək.” mövsuzundə məruzə etdilər. Sonda bütün məruzəçilər tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırıldı və hər bir iştirakçı sertifikatla təltif olundu.

25.05.2022  [ 12:24 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.