AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

“Ali təhsilin inkişafında müasir trendlərin rolu” mövzusunda görüş


image small

     27.05.2022-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “İqtisadiyyat və idarəetmə” kafedrasının müəllimi Mahmudova Səbinənin təçkialtçılığı ilə “Ali təhsilin inkişafında müasir trendlərin rolu” mövzusunda görüş keçirilib. Görüşdə son illərdə ali təhsildə baş verən innovasiyalar, yeniliklər, müasir trendlər haqqında təlimçilər tərəfindən ətraflı məlumatlar verilmişdir. 2020 ci ildə COVİD-19 pandemiyasının olması səbəbindən təhsilin bütün istiqamətlərində innovasiyalar təhsil sisteminə ciddi şəkildə nüfüz etmişdir. Bu proses müəllimlər və tələbələr üçün yeni gerçəkliklər və tələblər yaratmışdır.

Yaranan yeni gerçəkliklərin psixoloji təsirləri ilə bağlı təlimçi Gülər Məmmədova tərəfindən maraqlı məlumatlar verilmişdir. Tədbirin ikinci hissəsində isə Beyinix şirkətinin təsisiçisi, təlimçi Orxan Şahbaz tərəfindən mövzu haqqında geniş söhbət açılaraq, tələbələrin maraq dairəsində olan mövzulara toxunulmuşdur.

27.05.2022  [ 12:30 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.