27 may 2022-ci il tarixdə Türkiyənin Manisa Celal Bayar Universitetinin rektoru prof.Dr. Ahmet Ataç Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasını ziyarət etmişdir. Akademiyanı gəzən qonaq kafedralar, şöbələrlə tanış olmuş, daha sonra çay süfrəsinə keçilmişdir. Prof.Dr. Ahmet Ataçın ziyarətindən məmnunluğunu dilə gətirən Akademiyanın rektoru prof. Hüseyn Qaraşov qarşılıqlı əməkdaşlığın hər iki təhsil müəssisəsinə qatacağı faydalardan danışdı. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası kollektivinə göstərmiş olduğu qonaqpərvərliyi üçün minnətdarlığını dilə gətirən qonaq, qarşılıqlı əməkdaşlığın faydalarından bəhs etmişdir.
Sonda hər iki təhsil müəssisəsinin rektoru bir-birlərinə dəyərli hədiyyələr təqdim edib.