AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

AƏSMA-nın tələbəsi Elmin İnkişafı Fondu tərəfindən “Gənc Alim və Tədqiqatçıların” 6-cı qrant müsabiqəsinin qalibi olub.


image small

     Müsabiqə gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və onlara elmi tədqiqatlar aparmaq üçün əlverişli imkanların yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənib hazırlanması, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb edilməsi məqsədi ilə elan edilmişdir. Müsabiqəyə 32 layihə daxil olmuşdur. Elmi ekspertiza işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunmuşlar. Himayədarlar Şurasının qərarına əsasən Gənc Alim və Tədqiqatçıların 6-cı qrant müsabiqəsində 13 fundamental-tətbiqi xarakterli qalib layihə müəyyənləşdirilmişdir. Elmin İnkişafı Fondu Gənc Alim və Tədqiqatçıların 6-ci qrant müsabiqəsinin qalibi olmuş Layihənin rəhbəri tələbəmiz Mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi Əhmədova Gülnar Cəfər qızını təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.

05.06.2022  [ 12:40 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.