AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Yeni seçilənlərinin həmkarlar ittifaqı kadrlarının təhsili davam edir


image small

Dekabrın 2-dən həmkarlar ittifaqı təşkilatlarının yeni seçilmiş sədrləri və həmkarlar ittifaqı komitəsinin üzvləri üçün 14 günlük kurslar başlayıb.Kursun tədris proqramının  adı: “ Həmkarlar ittifaqı təşkilatının idarə edilməsinin əsas istiqamətləri. Həmkarlar ittifaqları cəmiyyətinin sosial institutu kimi”

Proqrama aşağıdakı mövzular daxil edilmişdir : “Motivasiya anlayışı. Maraqlar, həvəslər, motivlər. Motivasiya prosesi”, “Həmkarlar ittifaqı üzvlüyünə motivasiya” anlayışı, həmkarlar ittifaqı üzvlüyünə motivasiya növləri”, “Azərbaycanda həmkarlar ittifaqlarının təşkilati strukturu: AHİK, HİRK, həmkarlar ittifaqı təşkilatı.  Həmkarlar ittifaqı nizamnaməsi təşkilati-hüquqi fəaliyyətin əsası kimi”, “Həmkarlar ittifaqında təşkilati iş nədir? Təşkilati işin əsas istiqamətləri, vəzifələri, HİT yaradılması və idarəetmə, həmkarlar ittifaqı üzvlərinin qeydiyyatının təşkili, seçilmiş həmkarlar ittifaqı orqanının ümumi yığıncaqlarının və hesabat-seçki  iclaslarının hazırlanması və keçirilməsi qaydaları, həmkarlar ittifaqı fəalları ilə işləmək”, “Sosial-əmək münasibətlərinin və sosial  tərəfdaşlığın  hüquqi tənzimlənməsi”, “Mediasiya haqqında ümumi müddəalar .Vasitəçinin hüquqi statusu .Vasitəçilik proseduru Əmək münasibətləri sahəsində vasitəçilik prosedurunun xüsusiyyətləri.Fərdi  və kollektiv əmək mübahisələri əmək mübahisələri: anlayışı, əsas səbəbləri və mahiyyəti”, “ Həmkarlar İttifaqlarının fəaliyyətinin hüquqi əsasları və təminatlar”, “Kollektiv müqavilə işçilərin sosial-iqtisadi və hüquqi mənafelərin müdafiəsinin əsas alətidir”, “Azərbaycanda gender zorakılığı: problemlər, həllinin əsas istiqamətləri”, “ İşgüzar ünsiyyət psixologiyası. Ünsiyyət bacarıqlarının inkişafı”, “ Rəqəmsalaşdırma və infomasiya işləri: yeni alətləri mənimsəmək,səmərəliliyi artırmaq”,  “Rəhbərlik və idarəetmə: anlayış, əsas istiqamətlər, təcrübə”,   “Azərbaycan iqtisadiyyatının rəqəmsal transformasiyası prosesində əmək bazarının əsas problemləri”, “Azərbaycanda pensiya sistemi: reallıq və perspektivlər və s.

Kursun proqramı elə hazırlanmışdır ki, həmkarlar ittifaqı təşkilatının işinin əsas istiqamətləri və məzmunu, işçilərin hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qanunvericilik aktları ilə tanışlıq, praktiki məsələlərin və testlərin həlli ,aparıcı həmkarlar ittifaqı təşkilatlarının təcrübəsinin öyrənilməsi daxildir.

Təlimləri keçirilməsi üçün həmişə olduğu kimi, dövlət strukturlarından, ali məktəblərdən, dövlət komitələrindən,həmkarlar ittifaqı orqanlar  və təşkilatlardan  və s. aparıcı mütəxəssislər, müəllim və təlimatçılər dəvət olunub. Xüsusilə Könül Mikayılzadə- Azərbaycan Respublikası Təhsil İnstitutunun “Təhsilin nəzəriyyəsi və tarixi” şöbəsinin böyük elmi işçisi Abbasəli Rüstəmli - “Taghiyev Operating Company” MMC HİK-in  sədri Cəmaləddin İsmayılov - “Xidmət-İş” Federasiyanın vitse-prezidenti  – AR Əmək və Əhalinin Sosial müdafi Nazirliyin aparatının əməkdaşları Fəridə Hacıyeva “ Əmək siyasəti ” şöbəsinin “Əmək siyasəti təkmiləşdirilməsi” sektorunun baş məsləhətçisi və Rəşad Əhmədov - “Əmək siyasəti ” şöbəsinin “ Əmək qanunvericiliyinin  tətbiqi” sektorunun müdiri, Nailə Qəhrəmanova-Azərbaycan Əmək və SMA “ Hümanitar fənlər ” kafedranın müdiri İradə  Məmmədova-  Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin “Məişət zorakılığın qarşısının alınması üzrə sektorun məsləhətçisi Nəzakət  Mahmudova – “Teleradio” İB  HİK sədri, AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında DövləT Əmək Müfəttişliyin Xidmətinin əməkdaşları Elxan Cərkəzov “Əməyin mühfizəsi” sektorun müdiri və Namiq Cəfərov - “bədbəxt hadisələrin araşdırılması” sektorunun məsləhətçisi-əmək müfəttişi, Sefiyev Amil - AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatın Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin sektor müdiri, Arzu Hüseynova,  İqtisad elmləri doktoru, Məsməxanım Haciyeva - “Senur ”Psixoloji Mərkəzinin psixoloquFərid Vəliyev - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İntelektual sistemlərin idarə edilməsi” kafedrasının  müəllimi, Gülnar Mir Hüseynova – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin  baş layihə meneceri və s.

Təlim proqramı həmçinin aralıq və yekun qiymətləndirilməsi nəzərdə tutulur, yəni  hər bölmədən sonra həmkarlar ittifaqı işinin tamamlanmış bölmələrinin mənimsənilməsini qiymətləndirmək üçün testlər keçirilir və sonda həmkarlar ittifaqı işinin bütün sahələri üzrə yekun imtahan keçiriləcək.

Uzunmüddətli kurslara təkcə dərslərin keçirilməsi deyil, həm də mədəni - kütləvi tədbirlərin, ekskursiyaların, incəsənət və yaradıcı xadimlərlə görüşlərin təşkili və s. daxildir.

Ümumiyyətlə, kurs proqramı çox zəngindir və ümid edirik ki, onun nəticələri yeni seçilmiş həmkarlar ittifaqı kadrları üçün müsbət və səmərəli olacaqdır. Onlara uğurlar arzulayırıq.

02.12.2024  [ 08:31 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.