"Yaşıl dünya tələbələrin gözü ilə" mövzusunda elmi seminar

31 oktyabr tarixdə Akademiyanın Maliyyə və mühasibat kafedrasının təşkilatçılığı ilə "Yaşıl dünya tələbələrin gözü ilə" mövzusunda elmi seminar keçirilmişdir. Seminarın açılışında çıxış edən kafedra müdiri dos. Hicran Mirzəyeva noyabr ayında Bakıda keçiriləcək COP29-un əhəmiyyətini qeyd etmişdir. Seminarda tələbələr maraqlı təqdimatlarla çıxış etmişlər. Tələbələr sertifikatlarla təltif olunmuş və sonda xatirə şəkilləri çəkdirmişlər.