Məmmədyarova Könül Adil qızı 1969 cu ildə Bakı şəhərində anadan olub. 1976 – 1986- cı illərdə Bakı şəhəri 7 saylı ingilis təmayüllü tam orta məktəbdə təhsil almış və oranı bitirmişdir . 1986- cı ildə SSRİ –nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna daxil olmuş və 1991- ci ildə oranı ingilis dili müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
İş fəaliyyətinə 1986- cı ildə başlayıb. 1986- cı ildə Bakı Dəmiryol Poçtamptı və elə həmin ildə də “Azərbaycan məktəbi” jurnalının redaksiyasında çalışıb. 1987 – 1997- ci illərdə Azərbaycan Korlar Cəmiyyətinin kitabxanasında və Mərkəzi İdarəsində fonoteka müdiri və makinaçı vəzifələrində çalışıb.
1998 – 2001- ci illərdə “Naxçıvan “ universitetinin “Xarici dillər “ kafedrasında müəllim kimi fəaliyyət göstərmişdir.
2001- ci ildən bu günə kimi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında xarici (ingilis) dil müəllimi kimi fəaliyyət göstərməkdədir.
Ailə vəziyyəti – subay. Bir övladı var.
Elmi əsərləri:
1. “Xarici dilin tədrisində atalar sözlərindən istifadəyə dair”. Mart, 2000. Mütərcim jurnalı.
2. “Дифференциальное обучение учащихся устной речи на иностранном языке.” Mart, 2001. Mütərcim jurnalı.
3. “Azərbaycan –ingilis ədəbi əlaqələrinin işıqlı səhifələri.” Mart, 2003. Mütərcim jurnalı.
4. “İngilis atalar sözlərinin azərbaycan dilinə tərcüməsi və qarşılıqlı işlənməsi haqqında.” Bakı, 2003. Mütərcim jurnalı.
5. “Tədris zamanı frazeoloji birləşmələrdən istifadəyə dair.” Mart, 2004. Mütərcim jurnalı.
6. “Modal sözlərin leksik-qrammatik kateqoriya kimi işlənməsinə dair.” Fevral, 2008. Mütərcim jurnalı.
7. “Təlim prosesində atalar sözləri və zərbi məsəllərdən istifadə.” 2009. Mütərcim jurnalı.
8. Tədris proqramı. 2015- ci il.
9. “Xarici dillərin tədrisində innovativ metodlardan istifadə yolları. The role of technologies in learning foreign languages.” Bakı Biznes Universitetinin elmi jurnalı. Tezis. 2017- ci il.