Hüseynov Azad Sarıbala oğlu 1961- ci il yanvarın 14- də Masallı rayonunun Qəzvinoba kəndində anadan olmuşdur. 1968-1978- ci illərdə orta məktəbdə təhsil almışdır. 1978- ci ildə SSRİ- nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna daxil olmuşdur. 1982- 1983- cü illərdə ordu sıralarında xidmət etmişdir. 1987- ci ildə SSRİ- nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər institutunun ingilis dili fakültəsini bitirmişdir. Müxtəlif orta məktəblərdə müəllim işləmişdir.
2001- ci ildən bu günə kimi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında müəllim işləyir.
Ailəlidir, iki övladı var.
Proqramlar:
1. İxtisası xarici dil olmayan fakültələr üçün “İngilis dili” fənni üzrə proqram. Bakı- 2005
2. Bakalavr hazırlığı üzrə maliyyə və iqtisadiyyat fakültələrinin tələbələri üçün “İngilis dili” fənni üzrə proqram. Bakı- 2011
3. Bakalavr təhsili üzrə “İngilis dili” fənnindən proqram. Bakı- 2015
4. “Xarici dillərin tədrisində innovativ metodlardan istifadə yolları”. Tezis