Hacıyev Kamal Fərəc oğlu 29 dekabr 1948-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur.
1965-ci ildə Cəbrayıl rayonu M.Qorki adına orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik inistutuna daxil olub 1970-ci ildə oranı bitirmişdir.
1970-ci ilin sentyabr ayından 1971-ci il avqust ayına qədər Azərbaycan Rabitə Nazirliyinin Elektrik Radiofikasiya idarəsində mühəndis, 1971-ci ildən 1973-cü ilə qədər ümumi ittifaq Zaqafqaziya rabitə-quraşdırma birliyində şöbə müdiri, 1982-ci ildə bu birliyin ilk partiya təşkilat katibi seçilmişdir. 1983-cü ildən Nəsimi Rayon icra komitəsinin şöbə müdiri, 1990-cı ildən Nəsimi Rayon Partiya Nəzarət Komissiyasının sədri, avqust 1991-ci ildən 1992-ci ilə qədər Rayon İcra Hakimiyyətinin başçısının müavini işləmişdir. Həmin ildə Ümumittifaq Universitetinin hüquq fakültəsinə daxil olmuşdur, 1993-cu ildə köçürmə yolu ilə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
1992-ci ildən 1993-cü ilin avqust ayına qədər müstəqil hüquqşünas,
1993-cü ilin avqust ayından 2000-ci ilə qədər Nizami Rayon İcra Hakimiyyətinin başçısının hüquq məsələləri şöbəsinin müdiri işləmişdir.
2000-ci ildən 2004-cü ilə qədər Ziya k\m-nin hüquqşünas, 2004-cü ildən bu vaxta qədər Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında hüquq fakültəsinin dekanı, hüquq fakültəsi bağlandıqdan sonra isə sosial fənlər kafedrasında hüquq ixtisası üzrə müəllim kimi fəaliyyət göstərir.
Elmi əsərləri:
1. Məhkəmə ekspertizası kriminalistika və kriminologiyanın aktual məsələləri. Elmi nəşrlər məcmusu, Bakı-2005 № 41
2. Hadisə yerinin müayinəsi və videoçəkilişin aparılması. Bakı, 2005 № 42
3. Dinləmə və üzləşmə və tanıma kimi istintaq məhkəmədə videoçəkiliş. Bakı, 2006 № 42
4. Əməliyyat-axtarış tədbirlərinin video müşahidələrin aparılması. Bakı, 2007
5. İstintaq hərəkətləri aparılması zamanı istintaqın həyata keçirilməsi. Bakı 2008
6. Videoçəkilişin ekspert-kriminalistik tədqiqatın əsasları. Bakı, 2009 № 50
7. “Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları” Dərs vəsaiti, Bakı, 2021
8. “İnsan hüquqları” fənn proqramı, Bakı, 2017
9. “Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları” fənn proqramı, Bakı, 2017