Fərqanə Fizuli qızı Məmmədova
19 oktyabr 1990-cı ildə Sumqayıt şəhərində anadan olub. 1996-2007-ci illərdə
Bakı şəhərində 12 saylı, Sumqayıt şəhərində 26 saylı orta məktəblərdə təhsil
alıb. 2007-2012-ci illərdə Sumqayıt Dövlət Universitetində “Filoloq, Azərbaycan
dili və ədəbiyyat müəllimi” ixtisası üzrə bakalavr təhsili alıb. 2013-2016-cı
illərdə Bakı Dövlət Universitetində “Azərbaycan dilçiliyi” ixtisası üzrə
magistr təhsili alıb. 2014-cü ildən Bakı Slavyan Universitetində laborant,
sonra müəllim kimi çalışır. 2018-ci ildən Bakı Slavyan Universitetinin Müasir
Azərbaycan dili kafedrasının doktorantıdır.
2023-cü ildən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimidir.
Elmi əsərləri:
1. Mətn komponentlərinin bağlanmasında sintaktik vasitələrin rolu. “Dil və ədəbiyyat” Beynəlxalq elmi-nəzəri jurnal.
Bakı, 2015. Səh. 112-116.
2. Mürəkkəb sintaktik bütövün kompozisiyası. “Dil və ədəbiyyat” Beynəlxalq
elmi-nəzəri jurnal. Bakı, 2016. Səh.359-362.
3. Mürəkkəb sintaktik bütövün sərhədləri. Ümummilli lider Heydər Əliyevin
anadan olmasının 93-cu ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri”
mövzusunda Respublika elmi-nəzəri konfranaının materialları. Bakı, 18-19 may,
2016. Səh. 345-349.
4. Cümlə propozisiyası haqqında. “Dil siyasəti və müasir dövr” mövzusunda Beynəlxalq Elmi Konfransın
materialları. Bakı, 13 dekabr 2018-ci il. Səh.104-109.
5. Müasir Azərbaycan
dilinin morfologiyası. Proqram (bakalavr pilləsi üçün) Bakı, 2019.
6. Nitq aktı nəzəriyyəsinin formalaşması. Ümummilli lider Heydər Əliyevin
anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual
problemləri” XII Beynəlxalq elmi-praktik konfransın materialları. Bakı, 30
aprel 2021-ci il. Səh. 104-108.
7. Q.P. Qraysın kooperasiya postulatları.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Türkün
Şanlı Zəfəri: Qərbi Azərbaycana Qayıdış (Turkish Glorious Victory: Return To
West Azerbaijan) adlı multidisiplinar beynəlxalq elmi konfrans. 28 May 2024
Kars/ Türkiye. Səh.150-155.
8. Müasir Azərbaycan dili (Ümumi kurs). Proqram (bakalavr pilləsi üçün). Bakı, 2024.