AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Bağırzadə Aygün Əli qızı


image small

Aygün Əli qızı Bağırzadə 30.09.1993-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 2011-ci ildə Kəlbəcər rayon 66 saylı tam orta məktəbi bitirmiş, həmin ildə Azərbaycan Dillər Universitetinin “Filologiya və jurnalistika” fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisasına daxil olmuşdur. 2015- ci ildə ADU-nu bitirmiş, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası” kafedrasının magistrantı olmuşdur. 2017-ci ildə BDU-nu fərqlənmə diplomu ilə bitirmişdir. 2018-ci ildən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında müəllim vəzifəsində çalışır. 2022-ci ildə Gəncə Dövlət Universitetinin fəlsəfə doktoru proqramı üzrə dissertant qəbul olmuşdur. 2018-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

Elmi əsərləri:

1. Balalara hədiyyə kitabı və müasirlik -BDU, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93- cü ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfrans. Bakı, 18-19 may, 2016-cı il

2. Milli ədəbiyyat tariximizin yaradıcısı-BDU, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94- cü ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfrans. Bakı, 17-18 may, 2017-ci il

3. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənni üzrə proqram- Elmə Təhsil Nazirliyinin 27 aprel 2021-ci il F-198 saylı əmri

4. Poetik dildə omonimik hadisələr və onların üslubi özəllikləri (Əli Kərimin şeir dili əsasinda)- BDU, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98- ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin Azərbaycançılıq ideologiyası fıloloji fikir kontekstində” mövzusunda Respublika elmi konfransı. 17 may 2021-ci il

5. Deri ve deri işçiliği ilgili Azerbaycan dilinde kullanılan terimler-18-20 may 2023-cü il Uluslararası Altayistik Sempozyumu.

6. Azərbaycan dilçiliyində dəriçilik leksikasının yeri- X.Beynəlxalq Türk Dünyası Araşdırmaları simpozium materialları, Almatı 2023 14-16 iyun

16.10.2024  [ 13:19 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.