Oktyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasında (AHİK) qurumun rəhbərliyi, üzv və tabe təşkilatların
sədrlərinin iştirakı ilə iclas keçirilib.
İclasda cari və təşkilati məsələlərə baxılıb, qarşıda
duran vəzifələr müzakirə olunub və müəyyənləşdirilib.
AHİK sədri Sahib Məmmədov üzv və tabe təşkilatların
sədrlərinə əmək hüquqları ilə bağlı ittifaq üzvlərinin müraciətlərinə həssas
yanaşılması və dərindən araşdırılması, qaldırılan məsələlərin vaxtında və dəqiq
həll olunması, həmçinin fəaliyyətin və idarəetmə mexanizminin
təkmilləşdirilməsi barədə tapşırıqlarını verib.
Şəffaflıq, bərabərlik və heç kimin kənarda qalmaması
prinsiplərinə əsaslanmağı xüsusi vurğulayan Konfederasiya sədri cəmiyyətdə
həmkarlar ittifaqlarının nüfuzunun artırılması, fəaliyyətdə keyfiyyətin
yüksəldilməsi, konseptual və sistemli yanşamanın tətbiqini qeyd edib.
Eləcə də iclasda üzv təşkilatların rəhbərləri qarşıdakı
planlar barədə danışıb, bu barədə qarşılıqlı müzakirələr aparılıb.