Sonuncu
gün, oktyabrın 4-də gənc həmkarlar ittifaqı işçiləri “AR Əmək Məcəlləsi : izah
və şərhlər” mövzusunu dinləyərək ,
“Gənclər və həmkarlar
ittifaqları: indiki və gələcək” mövzusunda blits oyunu keçdilər.
Oyun iştirakçıları aşağıdakı tapşırığı yerinə yetirməlidirlər: Gəncləri həmkarlar
ittifaqına üzv olmağa necə motivləşdirmək lazımdır və bu gün onlara nə mane
olur? İkinci tapşırıq isə Gənclər gələcəkdə həmkarlar ittifaqını necə görürlər?
AR Əmək Məcəlləsinin
əsas müddəalarının izahı haqqında Fəridə Hacıyeva - AR Əmək
və Əhalinin Sosial Müdafiə Nazirliyi aparatının “Əmək siyasəti” şöbəsinin “Əmək
siyasətinin təkmiləşdirilməsi” sektorunun baş məsləhətçisi əmək
müqaviləsinin bağlanması ilə bağlı ətraflı izahat vermiş və sualları
cavablandırmışdır, onun elektron sistemə keçidi, bu problemin həllində beynəlxalq
təcrübə ilə tanışlıq barəsində fikirləri xüsusi maraq doğurmuşdur.
Blits-oyununu Cəmaləddin
İsmayılov-“Xidmət-İş” Hİ Federasiyasının vitse-prezidenti keçirdi, o, oyunun gedişatını, oyundan sonra
necə etməli olduqlarını ətraflı izah etdi. Ayrılmış vaxtda qrupların hər
birinin nümayəndələri öz təqdimatlarını təqdim etdilər. Bununla bağlı qeyd etmək
lazımdır ki, qrupların hər biri həm həmkarlar ittifaqlarının gənclərin
motivasiyasını həll etməyə nəyin mane olması məsələsində, həm də gənclər həmkarlar
ittifaqı hərəkatının mütərəqqi gələcəyində aparıcı prioritetləri təqdim etdilər.
Təqdimatlar çox maraqlı
keçdi, qruplar çox yaradıcı idi və gəncləri həmkarlar ittifaqına necə cəlb etməyin
əsas yollarını, kadr hazırlığının rolunu və s.məsələləri qeyd etdilər. Təlimi Azərbaycan
həmkarlar ittifaqı hərəkatında çoxillik təcrübəsi ilə xüsusi rolu olan Cəmaləddin müəllim yekunlaşdıraraq,
əsas məqamları vurğuladı və onların həyata keçirilməsi yolunda iştirakçıların
çıxışlarını tamamladı, nəticələrə yekun
vurdu və onlara tapşırığı yerinə yetirməkdə yaradıcılıq yanaşmalara görə təşəkkür
etdi.
Daha sonra dinləyicilər kursların
nəticələrinə əsasən yekun söhbət aparıblar. Onlar həmçinin dəvət olunmuş bütün
mütəxəssislərin və müəllimlərin yüksək
peşəkarlığını və savadını qeyd ediblər.
Gənc həmkarlar ittifaqı
liderləri üçün belə zəruri kursların keçirilməsinə görə Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının və Akademiyanın rəhbərliyinə minnətdarlıqlarını
bildirən kurs iştirakçıları belə kursların təşkilinin sistemli olmasını, hətta
yerlərdə seminarların daha yaxşı təşkil olunmasını arzuladılar. Sonda dinləyicilərə
sertifikatlar təqdim olunub və elektron formada metodiki vəsaitlər, şəkillər verilib.
Akademiyanın rəhbərliyi
adından kursların bütün təşkilatçılarına və müəllimlərinə, Könül
Mikayılzadə- Azərbaycan Respublikası Təhsil
İnstitutunun “Təhsilin nəzəriyyəsi
və tarixi ” şöbəsinin böyük elmi işçisi, Gülnar Mir Hüseynova – AR Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin baş layihə meneceri, AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin
“Aztelekom” MMC əməkdaşlarınaa- Heydər
Şükürov şöbə müdiri, Kamran Hacıyev- Maliyyə departamentinin “ Büdcə və iqtisadi təhlili
“ şöbəsinin “Müştərilərlə hesablamalar”
sektorunun mütəxəssisi, Rövşən Qəniyev
- Dövlət Agentliyin Aparatının Rəqəmsal
Məşğulluğunun təşkili departamentinin
müdiri, Jalə Həsənova GİKM-in
“Layihələrin və proqramların idarəedilməsi” şöbəsinin baş mütəxəssisi, İlahə Məstəliyeva-
“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Proqramlar və Layihələr” şöbəsinin
mütəxəssisi, Jalə Həsənova Gənclər İnkişafı
və Karyera Mərkəzinin “Layihələrin və proqramların idarəedilməsi” şöbəsinin baş
mütəxəssisi təşəkkürümü
bildirirəm.
Təbii ki, beş gün ərzində təlimə
çox məsuliyyətlə yanaşan, hər bir
mövzuya böyük maraq göstərən, bir sözlə, passiv dinləyici olmayan
iştirakçıların özlərini qeyd etmək istiyərdim : Ələkbərli Pərvanə, Vəliyev Samir, Beydullayev Tərlan,
Əsədov Bəxtiyar, Şəmilzadə Orxan, Bəxtiyarov
Vüsal, Hüseynli Pərvin, Mehtiyeva Sabina, Əliyeva Aytac. Çox şadıq ki,
belə gənclər həmkarlar ittifaqına gəlir. Həmkarlar ittifaqı həyatında
sizə uğurlar və qələbələr arzulayıram.