AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Karyera, özünü inkişaf və rəqabət kapitalı


image small

5 günlük kursların dinləyiciləri oktyabrın 2-də və 3-də qruplarda fərdi inkişaf və onun gələcək inkişafı mexanizmi ilə bilavasitə bağlı olan mövzuları dinləyib, praktiki tapşırıqları yerinə yetiriblər.

Aşağıdakı mövzular: Özünü inkişafetdirmə və karyera planlaması: məsələnin xüsusiyyətləri:(Karyera rəhbərliyi. Karyera planlaşdırılmasında müasir tendensiyalar. -Karyera artımı: diaqnostika, texnologiya, təlim. -Əmək bazarına daxil olmağa hazırlıq ),  “Layihənin idarə edilməsinin əsasları. Təşəbbüs. Planlaşdırmanın əsasları. Planlaşdırma cədvəli, büdcə, risklər. İcra, dəyişiklik və komanda işi. Layihənin tamamlanması”, “Rəqabətli insan kapitalının və müasir innovasiya məkanının formalaşdırılması” gənc həmkarlar ittifaqı işçilərinə özünüinkişaf mexanizmini və onun karyera planlamasına aparan yolu və gələcəkdə necə axtarılana çevrilməyi, insan kapitalının inkişafının bütün səviyyələrində rəqabətədavamlı mütəxəssis kimi olmağı başa düşmək imkanı verdi.

Təqdimata əsasən dəvət olunanların hər biri bu mövzuları əhatə edirdi, eyni zamanda kurs iştirakçılarını fəal şəkildə cəlb edir, onların həyata keçirilməsi yollarını həvəslə müzakirə edirdi.  Buna görə də dinləyicilər İlahə Məstəliyeva - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “Proqramlar və Layihələr ” şöbəsinin mütəxəssisi, Jalə Həsənova-Gənclər İnkişafı və Karyera Mərkəzinin  “Layihələrin və proqramların idarəedilməsi” şöbəsinin baş mütəxəssisi, Rövşən  Qəniyev -  Dövlət Agentliyin Aparatının Rəqəmsal Məşğulluğunun təşkili departamentinin  müdiri peşəkarlıqlarına və müvafiq mövzuları səriştəli izah etdiklərinə görə təlimatçılara və aparıcı müəllimlərə böyük minnətdarlıqlarını bildiriblər.

Eyni zamanda, dinləyicilərin özlərinin də fəal iştirakını qeyd etmək istiyərdim, onlar arasında- Vəliyev Samir Mahir -Şirvan şəhər Apellyasiyası Məhkəməsi , Bəxtiyarov Vüsal İlyas oğlu -‹‹Azərsu›› Təsərrüfatı İşçiləri Hİ, Hüseynli Pərvin - Hidrogeoloji Meliorativ-Xidmət  İdarəsi , Əliyeva Aytac - BDU nəzdində İqtisadiyyat və Humanitar Kolleci onların hər biri bu sosial layihələrin həyata keçirilməsində yeni yanaşmalar təklif edib və gənclərin sosial dəstəklənməsində onların rolunu vurğulayıblar.

02.10.2024  [ 08:00 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.