Mərkəzi Bankın
Virtual Təhsil Platforması (VTP) - iqtisadiyyat və bank-maliyyə sahəsində bilik
və bacarıqların əldə edilməsini dəstəkləyən ödənişsiz platformadır.
VTP-nin əsas
məqsədi müvafiq təhsil istiqamətində bilik və bacarıqların formalaşdırılması
üçün ənənəvi təlim üsullarını müasir formatda təklif etməkdir. Virtual təhsil
platfomasının interaktiv multimedia resurslarından istifadə etməklə, istənilən
yerdə və istənilən zaman peşəkarlıq səviyyəsini təkmilləşdirmək mümkündür.
İstifadəçilər virtual təhsil platformasında hər hansı kurs üzrə istənilən vaxt qeydiyyatdan keçib video-mühazirələrə, testlərə və digər tədris materiallarına çıxış əldə edə bilərlər. Təhsil prosesi mərhələli mənimsəmə və özünətəhsil prinsiplərinə əsaslanır. Kursları müvəffəqiyyətlə bitirmiş və yekun qiymətləndirmədə uğurlu nəticə əldə etmiş istifadəçilər Mərkəzi Bank tərəfindən müvafiq sertifikatla təmin olunur.
Keçid üçün edu.e-cbar.az linkində istifadə edə bilərsiz