Sentyabrın 27-də – Anım Günündə
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və
kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
AHİK sədri Sahib
Məmmədov və kollektiv parkın girişindəki xatirə daşının üzərinə gül dəstələri
düzüb, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.