Sentyabrın
13-də yeni seçilmiş həmkarlar ittifaqı liderləri üçün “Həmkarlar ittifaqı
liderinin əsas səlahiyyətləri ” mövzusunda 5
günlük kurslar başa çatıb.
Son gün onlar həmkarlar ittifaqının təşkilati
işi, maliyyə işi, həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi və hüquqi
müdafiəsinin əsas istiqamətləri, kollektiv müqavilə və təbii ki, təşkilatın
bütün bu sahələrdə həmkarlar ittifaqı liderin əsas səlahiyyətləri üzrə nədən ibarətdir mövzuları dinləyib və müəyyən müsahibələr
aparılıb.
Müsahibəni
Abbasəli Rüstəmli – “Tağiyev Operating Company” MMC HİK sədri
aparıb .Müsahibənin məqsədi təkcə əldə edilmiş bilikləri yoxlamaq
deyil, həm onların, həm də bizim tərəfimizdən təhsil prosesinin təşkilatçılarını
qiymətləndirməkdir.
Müsahibənin
nəticələri göstərdi ki, həmkarlar ittifaqı liderləri həmkarlar ittifaqı işinin əsaslarını
mənimsəmiş, ən əsası həmkarlar ittifaqı üzvlərinin hüquqları və mənafelərinin müdafiəsində
həmkarlar ittifaqı liderin əsas rolunun nədən ibarət olduğunu öyrəndilər. Dinləyicilər öz təkliflərini sorğu vərəqlərində
bildirmiş, burada həmkarlar ittifaqı təşkilatının bütün kateqoriyaları üçün
analoji kursların sistemli şəkildə keçirilməsi, kursun müddətinin uzaldmaq, proqramında
əmək qanunvericiliyi məsələlərinə böyük üstünlük vermək, müəssisə və təşkilatların
rəhbərləri və həmkarlar ittafaqı sədrləri üçün birgə seminarların keçirilməsini
və s. təklif etmişlər.
Müsahibədən sonra dinləyicilərə
sertifikatlar təqdim olunub, daha sonra
isə qrup şəklində xatirə şəkli çəkdirilib.
Akademiya tərəfindən bütün
professor-müəllim heyətinə, onların dövlət strukturlarının və həmkarlar
ittifaqı orqanlarının mütəxəssislərinə məşğələlərdə fəal iştirakına və peşəkarlıqla
keçirilməsinə görə: Fəridə Hacıyevaya, Nurəddin İbrahimovaya, Könül
Mikayılzadəyə, Məsmə Hacıyevaya, Ruslan Bağırova, Cəmaləddin İsmayılova, Abbasəli
Rüstəmliyə və Hökümə Əkbərovaya öz minnətdarlığımızı
bildiririk və bu sahədə böyük uğurlar arzulayırıq. Ümid edirik ki, Akademiyamızla əməkdaşlıq davamlı olacaq.
Və əlbəttə ki, əldə etdikləri
bilik və bacarıqlarını praktiki tapşırıqlar, müzakirələr və işgüzar oyunlarda
nümayiş etdirən bütün dinləyicilərə: təcrübəli liderin bacarıqlarına
malik olan İsmayılov Vüqar – Müdafiə Sənayesi
Təhlükəsizlik və Mühafizə İdarəsinin HİK
sədri, Əmirxanlı Şadman - Neft və Qaz Sənayesi İşçiləri “Karbamid zavodu” cavan
və çox savadlı kadr, Nəqliyyat,Rabitə və Yüksək Texnologiya İşçiləri aktiv və enerjili İbrahimova Leyla
-“ Baki Taksi Xidməti” MMC və cazibədar xarizması və müsbət münasibəti olan
lider Məmmədov Anar Hərbiləşmiş Mühafizə İdarəsi, Sahibkarlıq, Özəl Elm və
Yüngül Sənaye İşçilərinin peşəkar və məsuliyyətli keyfiyyətlərə malik olфт Quliyev Asif-Beylaqan rayon komitəsi, Təbii
Sərvətlər və Ekologiya İşçiləri təvazökar və eyni zamanda həmkarlar ittifaqı
işi haqqında fikirlərini gözəl və bacarıqla ifadə etmək bacarığına malik olan, Quluzadə
Günel - “Geoloji kəşfiyyət Agentliyi” və Əmrullayeva Südabə -Dövlət Ekoloji Təhlükəsizlik
Xidməti, Təhsil İşçiləri Azad HİRK iştimai əsaslarla işləyən həmkarlar ittifaqı
sədrləri: təşəbbüskar fəal Şirinova
Sevinc-1 №-li Uşaq -Gənclər İnkişaf Mərkəzi, mülayim və eyni zamanda konkret vəziyyəti
məharətlə xarakterizə etmək qabiliyyətinə malikdir Əliyeva Könül -159 №-li məktəb, özünə sahib olan və eyni zamanda həmkarlar ittifaqı
işi ilə bağlı hər şeyə böyük maraq göstərən Musayeva Məhbubə-11 №-li Xüsusi Təhsil
Məktəbi, məntiqli mütəfəkkir Əliyeva Kəmalə -266 №-li məktəbi, müəyyən bir
hadisəni təsvir etmək üçün sakit və dəqiq sözləri tapmaq Nəbiyeva Aysel - 268
№-li Xüsusi Təhsil Məktəbi dərin təşəkkürümü
bildirirəm. Siz hamı mənuim üçün çox əzizsiz.
Hörmətli və əziz həmkarlar
ittifaqı liderləri , Akademiyanın qapıları sizin üçün hər zaman
açıqdır.Arzulayırıq ki, heç bir maneənin sizi dayandırmasına imkan verməyin,
yalnız irəli və irəli.