AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Həmkarlar ittifaqı üzvlərinin maraqlarının müdafiəsi üçün həmkarlar ittifaqı lideri qanunları bilməlidir.


image small

Bu gün həmkarlar ittifaqı liderləri həmkarlar ittifaqlarının fəaliyyətinin hüquqi əsasları və təminatları ilə tanış olublar. Fəridə Hacıyeva -AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “ Əmək siyasəti ” şöbəsinin “ Əmək siyasətinin təkmilləşdirilməsi” sektorunun baş məsləhətçisi bu mövzuyla çıxış edəndə AR Əmək Məcəlləsi, “ Həmkarlar İttifaqı haqqında” AR Qanunu, Qanun yaradıcılığında həmkarlar ittifaqlarının səlahiyyətlərinin əsas funksiyaları, işəgötürən əmək qanunvericiliyinin normalarına uyğun olaraq yerli normativ aktları və digər sənədləri qəbul etdikdə həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış rəyinin hazırlanması qaydaları və s.  dinləyicilərin diqqətinə çatdırılmışdır.

Kursun probleminə uyğun olaraq Nurəddin İbrahimov – AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyassəti” kafedrasının dosenti, siy. f.d. “Uğurlu liderlik amili kimi özünüidarə”mövzusunda təqdimat etdi. Bu mövzuda müəllim uğurlu liderin mahiyyətini açan mühüm elementləri, yəni : Məqsəd təyini, vaxtın idarə edilməsinin əsas aspektləri, fəaliyyətin planlaşdırılması, taktiki vaxtın idarə edilməsi, xüsusiyyətlər, səlahiyyətlərin verilməsi prosesi və fəaliyyətlərin prioritetləşdirilməsi haqqında məsələləri açmaqla yanaşı, həmkarlar ittifaqı liderin fəaliyyəti ilə də əlaqələndirib.

Və bu günün nəticəsi olaraq Könül Mikayılzadə- Azərbaycan Respublikası Təhsil İnstitutunun “Təhsilin nəzəriyyəsi və tarixi” şöbəsinin böyük elmi işçisi qrup şəklində Qrupun dinamikası, Sıx vəziyyətdə komandanı müşayiət etmə, Ünsiyyət psixologiyası, Kommunikasiya növləri, Ünsiyyətdə maneələr, "Çətin" həmsöhbətlərlə qarşılıqlı əlaqə, Dialoq ünsiyyəti sualları ətrafında müzakirə apardı.

Qeyd edək ki, müəllimlər və mütəxəssislər mövzuları cəmiyyətdə və təbii olaraq müəssisələrdə baş verən dəyişikliklərlə əlaqələndirərək, peşəkarlıq və bilik nümayiş etdirdilər. Eyni zamanda bu müzakirələr zamanı əldə etdikləri bilik və bacarıqları əyani şəkildə bütün dinləyicilər, xüsusilə Məmmədov Anar- Nəqliyyat,Rabitə və Yüksək Texnologiya  İşçilərinin Hərbiləşmiş Mühafizə İdarəsinin HİK sədri, Quliyev Asif- Sahibkarlıq,Özəl Elm və Yüngül Sənaye İşçilərinin Beylaqan rayon HİK sədri, Şirinova Sevinc 1 №-li Uşaq -Gənclər İnkişaf Mərkəzinin HİK sədri, Musayeva Mahbuba-11 №-li Xüsusi Təhsil Məktəbi.

İstər müəllim, istərsə də dinləyicilər bütün kurs iştirakçılarına öz təşəkkürümüzü bildiririk ki, bu kurslarda belə fəal iştirak edirlər.

AR Əmək Məcəlləsi, “ Həmkarlar İttifaqı haqqında” AR Qanunu, Qanun yaradıcılığında həmkarlar ittifaqlarının səlahiyyətləri əsas funksiyalar. İşəgötürən əmək qanunvericiliyinin normalarına uyğun olaraq yerli normativ aktları və digər sənədləri qəbul etdikdə həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış rəyinin hazırlanması qaydaları.)

11.09.2024  [ 13:26 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.