Bugünkü kurslarda bu və digər mövzular müzakirə
olunub. Sentyabrın
10-da yeni seçilmiş həmkarlar ittifaqı komitə sədrlər üçün aşağıdakı mövzuları
dinləyiblər: “Həmkarlar ittifaqı təşkilatının təşkilati işi: əsas
istiqamətlər”, “Həmkarlar ittifaqı təşkilatında
liderlik potensialının xüsusiyyətləri”, “ Liderlik, komanda qurmaq və ünsiyyət psixologiyaıs”, “Sosial-əmək münasibətləri tənzimlənməsinin hüquqi əsasları”,“Kollektiv
müqavilə:anlayış, struktur və məzmu”.
Abbasəli Rüstəmli
-– “Tağiyev Operating Company” MMC HİK sədri kurs iştirakçılarına həmkarlar ittifaqlarının təşkilati
işinin əsas aspektlərini, həmkarlar ittifaqı təşkilatının strukturunu, komissiyanın
fəaliyyətini, həmkarlar ittifaqı fəalları ilə işini izah etdi.
Sonra təlimçı liderlik potensialının inkişafının xüsusiyyətlərini və onun həmkarlar
ittifaqı komitəsinin fəaliyyətində rolunu açıqlayıb. Bu dərs zamanı təlimçi tərəfindən
tam izah edilən bir çox suallar var idi.
Əvvəlki mövzunun davamı
olaraq Könül Mikayılzadə-Azərbaycan Respublikası Təhsil İnstitutunun “Təhsilin
nəzəriyyəsi və tarixi ” şöbəsinin böyük elmi işçisi “Lider" və "menecer"
anlayışları, oxşarlıqlar və fərqlər, liderlik üslubları, komandanı qurmaq
mexanizmi, motivasiya və onun liderin fəaliyyətində yeri, komandada
motivasiyanın inkişaf izah edib .Sonda kiçik qruplarda bu mövzu müzakiurə
olundu və qrupun hər biri nümayəndəsi çıxış edərək komandanın formalaşmasında liderin
rolu, komandanın motivasiyasının
xüsusiyyətləri nələrdir, həmkarlar ittifaqı lideri və menecerinin fərqləndirici
xüsusiyyətləri barədə öz təkliflərini bildirdilər.
Cəmaləddin
İsmayılov –“Xidmət-İş” Hİ Federasiyasının vitse–prezidenti “Sosial-əmək münasibətləri tənzimlənməsinin
hüquqi əsasları. Kollektiv müqavilə:anlayış, struktur və məzmun”
mövzusunda yekun dərsi apardı.Müzakirə zamanı sosial və əmək münasibətlərinin tənzimlənməsi,
kollektiv müqavilənin bağlanması sahəsində həmkarlar ittifaqı işçilərinin təcrübəsində
rast gəlinən bir çox sualları qaldırdı və ətraflı məlumat aldılar.
Qeyd etmək lazımdı, təlimləri
aparılan mütəxəssislər hər biri dinləyicilərin
suallarını izah etməkdə və
cavablandırmaqda çox peşəkar idi və əlçatan idi.
Bütün əvvəlki qruplar kimi,bu
qrupda kursların sonunda keçilən bütün mövzuları və həmkarlar ittifaqı işinin təşkili
üzrə metodik materiallarını elektron formada alacaq.