logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

AKADEMİYADA YENİ SEÇİLƏN HƏMKARLAR İTTİFAQI TƏŞKİLATLARI SƏDRLƏRİ ÜÇÜN KURSLAR DAVAM EDİR


image small

Bu gün sentyabrın 9-da yeni seçilən həmkarlar ittifaqları təşkilatlarının sədrləri üçün növbəti kurslar başladı. Burada aşağdakı sahələr üzrə həmkarlar ittifaqları işçiləri təmsil edilir: Neft və qaz sənayesi, Sahibkarlıq, Təhsil, Müdafiə, Təbii Sərvətlər və Ekologiya.

Təlimə başlamazdan əvvəl iştirakçılara kurs proqramı və məşğələlərin mövzusu  haqqında məlumat verildi. Kursun proqramına həmkarlar ittifaqı işinin təşkili, lider anlayışı və onun həm cəmiyyətdə, həm də təşkilatda rolu, idarəetmənin xüsusiyyətləri, habelə həmkarlar ittifaqının hüquq və mənafelərinin müdafiəsi ilə bağlı mövzular daxil edilib.

Təlim proqramı aşağıdakı mövzuları əhatə edir:“Motivasiya" anlayışı. Maraqlar, həvəslər, motivlər. Motivasiya prosesi. Motivasiya bir insana təsir etmək və təsir etmək imkanı kimi”, “ AR Əmək Məcəlləsi: izahlar və şərhlər”, “ Azərbaycanda həmkarlar ittifaqlarının təşkilati strukturu : AHİK, HİRK, həmkarlar ittifaqı təşkilatı.”, “ Həmkarlar ittifaqı nizamnaməsi təşkilati-hüquqi fəaliyyətin əsası kimi”, “Həmkarlar ittifaqı təşkilatının təşkilati işi: əsas istiqamətləri”,  “Həmkarlar ittifaqı təşkilatında liderlik potensialının xüsusiyyətləri”, «Həmkarlar İttifaqlarının fəaliyyətinin hüquqi əsasları və təminatları” , “Sosial-əmək münasibətlərinin tənzimlənməsinin hüquqi əsasları”, “Kollektiv müqavilə:anlayış, struktur və məzmun”, İnformasiya işinin təkmilləşdirilməsində həmkarlar ittifaqı liderinin rolu: əsas   xüsusiyyətlər, istiqamətlər və effektivlik meyarları, “Həmkarlar ittifaqı maliyyə işinin əsas istiqamətləri”, Liderlik, komanda qurmaq və ünsiyyət psixologiyası”, “ Uğurlu liderlik amili kimi özünüidarə”, “Münaqişələrin həlli üçün texnologiyalar və mexanizmlər. Sosial münaqişələrin əsas xüsusiyyətləri”, Rəhbərlik və idarəetmə Rəqəmsal dövrün tələbləri - rəqəmsal insan”.

Kursların keçirilməsi üçün aşağıdakı mütəxəssislər dəvət edilmişdir. Fəridə Hacıyeva -– AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin “Əmək siyasəti” şöbəsinin “Əmək siyasəti təkmilləşdirilməsi” sektorunun baş məsləhətçisi, Nurəddin İbrahimov – AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti, siy. f.d.  Könül Mikayılzadə- Azərbaycan Respublikası Təhsil İnstitutunun “Təhsilin nəzəriyyəsi və tarixi” şöbəsinin böyük elmi işçisi, Gülnar Mir Hüseynova – AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin  baş layihə meneceri, Ruslan Bağırov – AHİK-in hüquq şöbəsinin müdir müavini, Cəmaləddin İsmayılov –“Xidmət-İş” Hİ Federasiyasının vitse – prezidenti,  Mirzə Cəfərzadə-Təhsil iş. Azad HİRK sədr müavini, Abbasəli Rüstəmli -– “Tağiyev Operating Company” MMC HİK sədri, Məsməxanım Hacıyeva- “Senur” psixoloji mərkəzinin psixoloqu.

Bu günün dərsləri bütün dərslər kimi,interaktiv formada keçirilmişdir. Dərslərin sonunda kurs iştirakçıları anket doldurdular və orada kursun ilk gününü qiymətləndirdilər.

09.09.2024  [ 12:21 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.