Sentyabrın 6-da yeni seçilmiş həmkarlar
ittifaqı komitələrinin sədrləri və komitə üzvləri üçün 5 günlük kurs başa
çatıb. Bu kurs zamanı onlar “Həmkarlar ittifaqı komitələrinin maliyyə
işi: xüsusiyyətləri və əsas istiqamətləri”, “Sosial-iqtisadi münasibətlərin
tənzimlənməsi və həmkarlar ittifaqlarının rolu”,
“Kollektiv
müqavilə: strukturu və məzmunu”, “Rəhbər və menecment:
mahiyyəti, xüsusiyyətləri və beynəlxalq təcrübə”, “Uğurlu lider:
xarakterik
xüsusiyyətlər, prioritet sahələr, əsas cəhətlər”,
“İnformasiya
işində həmkarlar ittifaqı liderinin rolu”,
“Münaqişələr
və həlli yolları” mövzularında praktik məşğələlərdə iştirak
ediblər.
Yekun məşğələ Abbasəli Rüstəmli-–“Tağiyev Operating Company”
MMC HİK sədri - və Hacıyeva Məsməxanım - “Senur” psixoloji Mərkəzin psixoloqu tərəfindən aparılmışdır. Dinlənilmiş proqram
üzrə müsahibə aparılmış, sonra sertifikatlar təqdim olunmuşdur. Dinləyicilərin
hər biri anket doldurub kursların tədris
proqramını qiymətləndirdi. Belə kursların istər Bakıdakı müəssisələrdə, istərsə
də respublikanın rayonlarında yerli-yerində təşkili ilə bağlı təkliflərini
bildirdi.
Dinləyicilər
məşğələlərinin keyfiyyətli və məhsuldar
keçirilməsinə görə ali təhsil ocaqlarından, dövlət qurumlarından və həmkarlar
ittifaqı orqanlarından olan bütün mühazirəçilərə, təlimatçılara və mütəxəssislərə
də öz minnətdarlığını bildiriblər.
Ənənəyə
uyğun olaraq, həmin günlərdə Akademiyanın rektoru Hüseyn Qaraşov dinləyicilərlə
görüşüb, Akademiyanın fəaliyyəti barədə məlumat verib, həmkarlar ittifaqı təşkilatları
sədrlərin müəssisənin və təşkilatlarının həmkarlar ittifaqı üzvlərinin hüquqları və mənafələrinin
müdafiəsində diqqət mərkəzində olsun.
Kursun
iştirakçılarının hər birinə keçilən mövzular üzrə metodiki vəsaitlər, onların
kurslarda qalması ilə bağlı görüntülər elektron şəklində verilmişdi.
Bizə gəlincə
kurslarda fəal iştirak etdikləri üçün
bütün müəllim heyəti və dinləyicilərə minnətdarlığımızı bildiririk və onlara
yeni fəaliyyətlərində uğurlar arzulayırıq. Uğurlar, həmkarlar ittifaqı komitəsinin
sədri! Yolun açığ olsun!