“FHN”-nin əhalinin mühafizəsində rolu

“Mülki müdafiənin  təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Binəqədi rayonu 276 saylı tam orta məktəbdə “FHN-nin əhalinin mühafizəsində rolu. Mülki müdafiənin  məqsədləri və vəzifələri, mülki müdafiənin təbliğində müəllimlərin rolu” mövzusunda 04-06 sentyabr 2024-cü il tarixlərində tədbir keçirilmişdir. Tədbirdə AƏSMA “Riyaziyyat və informasiya texnologiyaları” kafedrasının müəllimi Yunis İbrahim oğlu Ələkbərov çıxış etmişdir.