logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Həmkarlar İttifaqı işçiləri üçün tədris ili başlayıb


image small

Bu gün, sentyabrın 2-də 2024-cü il üçün təhsil  planının gələcək icrası ilə bağlı həmkarlar ittifaqı kursları başlayıb. Sizi cari ilin aprel-iyun aylarında təlimlərin təşkili ilə tanış etdiyimiz məlumata görə Akademiyada 214 nəfər həmkarlar ittifaqı kadr və fəalları təlim keçmişdir. Sentyabr-dekabr ayları ərzində 368 nəfərin, o cümlədən  gənc  həmkarlar ittifaqı liderləri - 68 nəfərin, yeni seçilən həmkarlar ittifaqı kadr və müavinləri – 87 nəfərin, bütün həmkarlar ittifaqı kateqoriyalar üçün təşkil olunan kurslarda - 164 nəfərin təlim keçməsi nəzərdə tutulur.

       Sentyabrın 02-06 tarixlərində həmkarlar ittifaqı komitələrinin yeni seçilmiş sədrləri, müavinləri və həmkarlar ittifaqı təşkilatlarının ehtiyat kadr hazırlığı üçün 5 günlük kurslar başlayıb. Kursun proqramında dinləyicilərin həmkarlar ittifaqı işinin əlifbasını öyrənməsi ilə yanaşı, həm də liderliyin əsaslarını, onun növlərini, komponentlərini hərtərəfli mənimsəməsi, “liderlik və idarəetmə” anlayışlarının mahiyyətini dərk etməsi nəzərə alınmaqla tərtib edilmişdir.

     Kurs proqramına aşağıdakı mövzular daxil edilmişdir: “Azərbaycanda həmkarlar ittifaqlarının təşkilati strukturu: AHİK, HİRK, həmkarlar ittifaqı təşkilatı”, “Həmkarlar ittifaqı nizamnaməsi təşkilati-hüquqi fəaliyyətin əsası kimi”, “Motivasiya" anlayışı. Maraqlar, həvəslər, motivlər. Motivasiya prosesi. Motivasiya bir insana təsir etmək”, “Həmkarlar ittifaqı təşkilatının təşkilati işi: əsas istiqamətlər”,  “Həmkarlar ittifaqı təşkilatında liderlik potensialının xüsusiyyətləri”, “Dağıdıcı liderlik. (Liderin kölgə tərəfi: nəzarət və manipulyasiya”), “Uğurlu liderlik amili kimi özünüidarə (Məqsəd təyini. Vaxtın idarə edilməsinin əsas aspektləri”), “Həmkarlar İttifaqlarının fəaliyyətinin hüquqi əsasları və təminatlar”, “Sosial - əmək münasibətlərinin hüquqi tənzimlənməsi”, “Kollektiv müqavilə: anlayış, struktur və məzmunu”, “Münaqişələrin həlli üçün texnologiyalar və mexanizmlər. Sosial münaqişələrin əsas xüsusiyyətləri”, “Həmkarlar ittifaqı maliyyə işinin əsas istiqamətlər”, “İnformasiya işinin təkmiləşdirilməsində həmkarlar ittifaqı liderinin rolu: əsas  xüsusiyyətlər, istiqamətlər və effektivlik meyarları”.

Təlimi keçirmək üçün aşağıdakı mütəxəssislər dəvət edilmişdir: Nurəddin İbrahimov - AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyassəti” kafedrasının dosenti, siyasi e.ü.f.d., Könül Mikayılzadə-Azərbaycan Respublikası Təhsil İnstitutunun “Təhsilin nəzəriyyəsi və tarixi” şöbəsinin böyük elmi işçisi, Məsməxanım Hacıyeva - “Senur” Psixoloji Mərkəzinin psixoloqu, Nailə Qəhrəmanova - Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası “Hümanitar fənlər” kafedrasının müdiri, Ruslan Bağırov - AHİK-in hüquq şəbəsinin müdir müavini,  Cəmaləddin İsmayılov - “Xidmət-İş” Hİ Federasiyasının vitse- prezidenti,  Abbasəli Rüstəmli - “Tağiyev Operating Company” MMC HİK sədri.

     Tədris prosesinin təşkilinin əsasında interaktiv metodlar, qruplarda praktiki tapşırıqların yerinə yetirilməsi nəzərdə tutulmuşdu.

    Kursun sonunda iştirakçılarla müsahibə keçiriləcək və sonda sertifikatlar təqdim olunacaq.

02.09.2024  [ 07:47 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.