Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
ayırdığı qrant vəsaiti hesabına Əlilliyə Erkən Yardım “Portec Şəbəkəsi” İctimai
Birliyi tərəfindən həyata keçirilən “Sosial işin keyfiyyətinin artırılması”
layihəsi üzrə təlimlər yekunlaşmışdır.
Layihənin məqsədi ölkədə
sosial iş üzrə təhsilin xüsusilə həssas qruplarla aparılan sosial iş sahəsində
ixtisaslaşmanın keyfiyyətinin artırılması, bu sahədə yerli və beynəlxalq
qanunvericiliklə yanaşı, təcrübənin öyrənilməsi və müxtəlif sferalarda sosial
işin inkişafı üçün silsilə təlimlər vasitəsilə maarifləndirilmənin
keçirilməsidir.
Təlimlər sosial iş
sahəsində ixtisaslaşmış və təcrübəli mütəxəssislər tərəfindən keçirilmiş,
iştirakçılara sosial işçinin bilməli olduğu vacib mövzular tədris olunmuşdur.
Bununla yanaşı təlimlərdə qrup işləri, rollu oyunlar, psixoloji testlər,
buzqıranlar tətbiq olunmuş, həmçinin real keyslər üzrə aparılan işlər, keys
menecment, ilkin qiymətləndirmə, konsultasiya qaydaları mövzuları ətrafında
müzakirələr aparılmışdır.
Layihə üzrə təlimlər
təcrübəli mütəxəssis Günay İbrahimova tərəfindən icra olunmuşdur. Təlimlərə
layihənin icrası üzrə tərəfdaş təşkilat qurum Sosial İş Məktəbinin rəhbəri
Lamiyə Rzayeva- Əhmədli, UNİCEF Azərbaycanın “Sosial Xidmətlər və Uşaqların
Müdafiəsi” sahəsi üzrə milli məsləhətçisi Elmir Valehli, Miqrasiya Siyasətinin
İnkişafı üzrə Beynəlxalq Mərkəzin “Miqrant və Qaçqınların inteqrasiyası” üzrə
milli məsləhətçisi Emin Mehdizadə qonaq olmuş, öz təcrübələrini və nəzəri
məlumatları iştirakçılarla bölüşmüşdürlər.
Əlilliyə Erkən Yardım
“Portec Şəbəkəsi” İctimai Birliyinin, eləcə də “Sosial işin keyfiyyətinin
artırılması” layihəsinin rəhbəri Gülnarə Pənahova təlimlərdə iştirakçılara
sahədə vacib hesab olunan tövsiyyələr vermişdir.
Təlimdə
akademiyamızın Sosial iş fakültəsinin tələbələri Xadırova Aynur, Musayeva Natəvan,
Əliyev Səbuhi, Qafarlı Zöhrə, Ağayeva Lamiyə, İsrafilova Fəridə, Abbasova Cəhanə,
Məmmədli Nahidə, Tağızadə Kənan, Vəlizadə Şəhanə aktiv iştirak etdiklərinə görə
sertifikatlarla təltif olunmuş
və
“Portec Şəbəkəsi” İctimai Birliyi tərəfindən Sosial iş
fakültəsinin dekanı Sədaqət Məmmədovaya xüsusi təşəkkürnamə verilmişdir.