Bu gün 3 və 5
günlük- hər iki kurs fəal formada həyata keçirilib. Əmək mübahisələri üzrə
kurslarda “Mediasiya haqqında” AR Qanununun fəal müzakirəsi aparılıb, nəticədə
həmkarlar ittifaqı təşkilatının təcrübəsindən praktiki nümunələrdən istifadə
edilərək müzakirə edilib. Həmkarlar ittifaqı komitəsinin sədri Nəzakət
Mahmudovanın öz təcrübəsini bölüşüb. Söhbət zamanı bəzi kurs iştirakçıları
Əliyev Bilal-“Azərikimya” İB, Quliyev
Elman-“ Bakı Metropoliteni” QSC, Şirinova Süfsanə -ETSN Hidrometeorologiya Xidməti, Azərbaycan
Dövlət İqtisad Universitetinin tələbələri - Məmmədova Sevcan, Bəxtiyarlı Nəzifə
,Ağayev Ziyad imkan daxilində təhsil müəssisələrinin işçilərinin və tələbələrinin,
həmkarlar ittifaqı təşkilatlarının həm hüquqlarının qorunması, həm də
sağlamlığının qorunması ilə bağlı aspektlərə diqqət yetirməyi təklif etdilər.
Digər 5-günlük
kurs da fəal müzakirə olundu.Məşğələ qrup şəklində keçirildi, mövzu “Həmkarlar
ittifaqı ideologiyasının mahiyyəti nədir?” olmuşdur. İştirakçılar layihə
hazırlanmalıdılar və təqdimat ilə çıxış
etməli idilər. Hər iki qrupların üzvləri bu problemlə bağlı təqdimat
hazırlayaraq tələbələrin sosial müdafiəsi və onların təhsil müəssisələrinin
kollektiv müqaviləsində əksini çoxəsaslı şəkildə nümayiş etdiriblər. Azərbaycan
Dövlət Pedaqoji Universitetinin tələbə fakültələrinin gənc sədri Cəmilə Qurbanova
və komitə üzvləri Musayeva Nərmin, Vəliyeva İlahə qaydalara, tövsiyələrə
istinad edərək çox gözəl danışdı. Məmmədzadə Mirzəbala - Bakı Dövlət
Universitetinin nəzdində “İqtisadiyyat və
Humanitar” Kolleci tələbəsi bu mövzu ilə bağlı həmkarlar ittifaqı fəaliyyətində gənclərin rolu ,onları cəlb etməsində hansı
istiqamətində inkişaf etməlidir kimi mövzuda geniş çıxış etdi.
Bu məşğələnin təlomçi
Abbasəli Rüstəmli -– “Tağiyev Operating Company” MMC HİK sədri qrup üzvlərinin
fəaliyyətini qeyd edərək, düşünülmüş təqdimatına görə təriflədi, onların yeni
yanaşmaların axtarışında olçalarının əhəmiyyətini vurğuladı və gələcəkdə gənc həmkarlar
ittifaqı hərəkatında hər iki qrupa
uğurlar arzuladı.
Günün sonu xoş
hadisə ilə başa çatdı - Akademiya adından və kurs iştirakçıları Nəzakət
Mahmudovanı yubileyi münasibətilə təbrik etdilər. Ona möhkəm cansağlığı, xoşbəxtlik
və əsl həmkarlar ittifaqı lideri kimi həmkarlar ittifaqı fəaliyyətində böyük
uğurlar arzu etdik.